HÜQUQLARIMIZ
Əhməd və İlkin psixoloji-psixi defektli taylardı - İlqar Altay yazır Tarix : 27 Fevral 2024, 21:02

Əhməd və İlkin psixoloji-psixi defektli taylardır, təxmini. 


Hər ikisinin yeniyetməlikdən, vaxtaşırı aqressiv, təhlükəli "tutmaları" olub. Bir fərqlə ki, birisinin maniya-aqressiyası adam öldürmə, digərininki pedofiliya, uşaq təcavüzü və hətta, qətil-istiqamətli, psixi-psixoloji pozuntulu olub. 


Hər ikisini valideynləri biri Bakıda, digəri isə Qazaxdakı psixatrik dispanserdə həkim müayinəsindən keçiriblər. Ev şəraitində, yazılan dərmanlarla müalicə etməyə çalışıblar, zamanla ötüb-keçməsinə ümidli olublar. Keçməsə də belə problemin gizlədilməsini təhlükədən üstün tutublar. 


Çünki hər ikisinin valideynləri onların bu, ciddi psixi-psixoloji çatışmazlığını ayıb bilərək, eldən-obadan illərlə gizlətməyə çalışıblar. Onları ciddi müalicəyə, xəstəxana təcridinə yönəltməyiblər. 


Qonşu-qohum, el-oba isə onları sakit, tərbiyəli hesab edib, çünki "tutmaları" çox nadir olur. Və bunlar psixoloji ikiləşmiş, kəskin 180° dəyişkən şəxsiyyətli olurlar: tam sakit + tam aqressiv. 


Bu xüsusiyyəti də yalnız birgə yaşayan ailə üzvləri görür, bilir. Onlar da ört-basdır ediblər - özləri və cəmiyyət üçün bu təhlükəli "minaları”. 


Nəticədə isə ört-basdır edilən ictimai təhlükəli "minalar" dəhşətli cinayətlərlə, faciəli qətllərə bir gün partladı. Hər ikisi də bütün ölkədə, hətta ölkə xaricində belə, ağır ictimai şok yaşatdı!


İlqar Altay, hüquqşünas-kriminalist.