Kanadada yaşlı bir kişi çörək oğurlamaqda ittiham olunaraq məhkəməyə aparılır. Yaşlı kişi törətdiyi əməli etiraf edir və səhvinə belə izah verir: "Çox ac idim, aclıqdan ölmək üzrəydim”. Hakim adamın sözlərini dinlədikdən sonra belə dedi: "Oğurluq etdiyini bilirsən və mən sənin on dollar cərimə ödəməyinə qərar verirəm. Bu pulu sənin ödəmək imkanın olmadığı üçün sənin yerinə mən ödəyəcəm”.
Məhkəmə zalında hər kəs susurdu. Hakim cibindən on dollar çıxardı və yaşlı kişinin cəriməsi olaraq xəzinəyə göndərilməsini istədi. Sonra ayağa qalxdı və salondakılara müraciətlə: "Hamınız günahkarsınız və hər biriniz on dollar cəza ödəməlisiniz. Çünki sizin yaşadığınız şəhərdə acından yaşlı bir adam oğurluq etməyə məcbur olur”.
Məhkəmə zalında 480 dollar pul yığılır və toplanan məbləği hakim yaşlı adama verir. Sözlərinə bunları əlavə edir: "Əgər mədəni insanların yaşadığı bir şəhərdə kasıb görürsünüzsə, bilin ki, o şəhəri idarə edənlər xalqın malını oğurlayırlar”.
Çevirdi: Xumar Hüseynova
qadinkimi.com