1930-cu illərdə Parisdə məşhur Sena çayının sahilində kimliyi məlum olmayan bir qız cəsədi tapılır.
Araşdırmalar sonrası qızın 16-17 yaşında olduğu və intihar etdiyi məlum olur.
Morq
həkimi bu sirli qızın gözəlliyindən çox təsirlənir və arı mumundan üzünün qəlibini hazırlayır.
Qıza Sena adı verilir və Parisdə kimsəsizlər qəbirsanlığında dəfn edilir.
Senanın üz qəlibini evinin salonuna asan həkimə baş çəkməyə gələn dostları, qohumları qızın üzündəki ifadədən çox təsirlənirlər.
Qəribə bir rahatlıq və itmiş bir xoşbəxtliyə bənzətdikləri üzdəki ifadə Parisdə dildən dilə gəzir.
Bu barədə eşidən oyuncaq yaradıcısı Asmund Laerdal 1940-cı ildə qızın üzünü kopyalayır və bir çox oyuncaqlarda istifadə edir.
Adını "Annie" qoyduğu və Senanın üzünə sahib olan oyuncaq uşaq həmin il Avropada ən çox satılan oyuncaq olur.
1958-ci ildə Amerikalı Dr. Peter Safar ağızdan edilən süni tənəffüsü kəşf edir və bunu öyrətmək üçün 500 ədəd həqiqi insan böyüklüyündə Annie oyuncağı sifariş edir.
Amma bunu lazımsız sayan Amerika höküməti oyuncaqları almaqdan imtina edir və oyuncaqlar əldə qalır. Bundan sonra oyuncaq şirkətinin sahibi Laerdal Norveçlə razılaşır oyuncaqları ora göndərir.
Bu tarixdən sonra zamanla bütün dünyada süni tənəffüs dərsləri üçün eyni model cansız manikenlərdən istifadə edilməyə başlanılır.
Və hamısının üzü Parisli Senanın üzüdü..
Bir çayda həyatına son verən Senanın həyata sirrli vidasının təbəssümlü dodaqalarında milyonlarla insanın həyatını qurtaran öpücük gizlənir..
Paylaşdı: İmmi Əlizadə.