BİLİM / DİN
Dördün sirrləri Tarix : 23 Fevral 2026, 17:30
Insanlar dörd qisimdir:
1. Bilir və bilir ki, o doğrudan da bilir, o alimdir- ona tabe olun.
2. Bilir və bilmir ki, həqiqətən də bilir, o yatmış adamdır- onu oyadın.
3. Bilmir və bilir ki, o həqiqətən bilmir, o yol itirəndir – ona yol göstərin.
4. Bilmir və bilmir ki, həqiqətən bilmir, o nadandır – ondan uzaqlaşın.
 

Dörd şey bədəni qüvvətləndirər:

ət yemək, ətriyyat iyləmək, çox çimmək, kətan paltar geymək.
 

Dörd şey səni dörd şeyə çatdırar:
 
səbr – istəyə, çalışmaq – mətləbə, pəhrizkarlıq – saflığa, qənaət – dövlətə.
 
 NƏSRƏDDİN TUSİ DÜNYA ALİMLƏRİNİN GÖZÜNDƏ... - Təzadlar | www.tezadlar.az


Dörd adam dörd şeyi ilə tanınar:

yazar – yazısı, alim – cavabı, hikmət sahibi – işi, həlim adam – yumşaqlığı ilə.
 

Dörd şey gözəllik xəzinəsindəndir:

yoxsulluğunu, sədəqə verdiyini, dərdini, istəyini gizli saxlamaq.

Dörd şeydən qorxmayın – onlar dörd şey üçündür:
 
zökəm – cüzamdan, çiban – dəri xəstəliyindən, göz ağrısı – kor olmaqdan, bəlğəmli öskürək – iflicdən qoruyar.
 

Insanlar dörd sifətə malikdirlər:

Kəramətli - özü yeməz, xəlqə verər.
Səxavətli – özü də yeyər, xəlqə də verər.
Paxıl (xəsis) – özü yeyər, xəlqə verməz.
Ləim – nə özü yeyər, nə xəlqə verər.

Dörd nəfərlə dostluqdan çəkinin:
Axmaqla, yalançı ilə, paxılla, fitnəkarla.
 

Kişinin səadəti dörd şeydir:

Salihə əyalı ola, gözəl övladı ola, etibarlı dostu ola, öz vilayətində yaşaya.
 

Xoşbəxtlik əlaməti dörddür:

Keçən günahlara peşman olmaq,
Eyləyə bilmədiyi yaxşılıqlara təəssüflənmək,
Elm və ədəbdə özündəü yüksək olan adamlara baxmaq,
Var-dövlətdə özündən yoxsullara baxmaq.
 

Dörd şey ömrü artırar:

Bakirə qız ilə evlənmək, isti su ilə çimmək, sağ tərəfi üstə yatmaq, səhərlər alma yemək.
 

Dörd şey çox çətindir:

əsəbi halda günahkarı bağışlamaq,
az maldan səxavət göstərmək,
iffəti-isməti qorumaq,
qorxulu vəziyyətdə haqqı demək.

Dörd şeyin qədrini bil:
Cavanlığın, əmin-amanlığın, sağlamlığın, ölülərin.
 

Dörd şeyi yadda saxla:
 
ən böyük dövlət - əqildi
ən böyük yoxsulluq - axmaqlıqdı
ən böyük dəhşət - özünü bəyənməkdir
ən böyük ünsiyyət - gözəl rəftar, yaxşı xasiyyətdir.
 

Dörd şey dörd şeydən doymaz:

Yer - yağışdan, göz – baxmaqdan, yar – yardan, alim – elmdən.
 

Dörd şey insana şərəf gətirər:

Həqq işdə qəlbi qorumaq,
Süfrə başında boğazı qorumaq,
Başqasının evində gözlərini qorumaq,
Xalq arasında dilini qorumaq.

Dörd adamda dörd şey olmaz:

Yalançıda – mürüvvət, həsəd aparanda – rahatlıq, paxılda – səadət, yaramazda – ülviyyət.
 

Dörd şey dörd şeyi gətirər:

Sakit olmaq – rahatlıq, uzun danışmaq – rüsvayçılıq, səxavət – ucalıq, şükr etmək – bolluq.
 


Nəsrəddin Tusi (1201-1274)
 
Qadinkimi.com