Yazar, cümhuriyyət tarixinin araşdırmaçısı və kolleksioneri, "Çapar” dərgisinin baş redaktoru Dilqəm Əhməd "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı ilə təltif olunub.
Qadinkimi.com xəbər verir ki, bu barədə məlumatı D.Əhməd facebook hesabında yazıb:
"Dövlət başçısına mənim üçün dəyərli olan bu mükafatına görə təşəkkür edirəm.
Cümhuriyyət muzeyi açdığım zaman bu medalı da oraya qoyacağam.
P.S. Əlbəttə ki, soruşulacaq ki, nə etdin ki, verdilər. Mükafat varsa, hesabat da olmalıdır. Hazırda İstanbulda dəhşət yağış yağır və mən yoldayam. Axşam daha detallı şəkildə yazacam”.
qadinkimi.com