BURA / ORA, GENDER
Dənizçilik sektorunda qadın olmaq Tarix : 14 Noyabr 2019, 13:47



Türkiyədə Dənizçilik fakultəsində oxuyan bir qız tələbənin dedikləri:

"Bu yolda bir qadın olaraq irəliləmək narahatlığın və veriləcək sualların ikiqat artıq olması deməkdir”.

Gəmilər niyə qadın adları ilə adlandırılır? Amiral Nimitzin bu suala belə cavab verir:

- Gəmilərin saxlanmasının çox pul tələb etməsi

- Ətrafında hər zaman kişilərin dolaşması

- Onu idarə etmək üçün təcrübəli bir kişiyə ehtiyacın duyulması

Biz isə dənizçi qadınların təcrübələrinə əsaslanıb bu suala belə cavab veririk: "Bəli, gəmilərə qadın adları verilir, çünki cəmiyyət də gəmi kimidi və qadın problemləri ilə yüklənib”.

Biz də gələcəyin qadın dənizçiləri olaraq universitetdə bir tədbir təşkil etdik. "Dəniz naviqasiyası mühəndisliyi” və "Gəmi energetik qurğularının istismarı mühəndisliyi” fakultələrini bitirəcək dostlarımız təcrübələrini yeni qəbul olmuş tələbələrlə bölüşdülər.

Tədbir zamanı "Gəmidə qadın olmağın dezavantajlarını gördünüzmü?” "Cinsiyyətinizə görə təcrübə yeri tapmaqda çətinlik çəkdinizmi? Sizə qadın olduğunuz üçün hər hansısa bir işin verilmədiyi oldumu? kimi suallar ünvanlandı.

Gəmiqayırma zavodunda təcrübə keçən bir xanım orada tək qadın olduğunu və buna görə də hər kəsin diqqətini üzərində hiss etdiyini dedi.

Başqa biri: "Təcrübədə 4 qadın idik. Gəmidə şəkillərimizi çəkib öz aralarında ələ salırdılar. Buna görə də normal bir sual verməkdən belə çəkinirdm. Hətta ilk təcrübəm o qədər pis keçmişdi ki, peşədən ciddi şəkildə soyumuşdum; ancaq ikinci təcrübəm faydalı oldu. Qadın olduğum üçün yaxşı təcrübə keçməyin bir şans olduğunu şəxsən yaşadım”.

"Təcrübələrimin hamısı özümü sübut etməyə sərf edildi. "Sən qızsan, bacarmazsan” deyib nəyəsə toxunmağıma icazə vermirdilər. Bəzilərinin sənə yaxın davranmağa çalışması da bir başqa problemdir. Heç nə öyrənmədən sahilə qayıtmamaq və şəxsiyyətini əzdirməmək üçün özümü təsdiq etməyim lazım idi. Güc aldığım təsəlli isə gəmidəki hər kəsə qadın olsam da, iş görə bildiyimi sübut etmək idi”. 



Qadinkimi.com