25 iyunu bütün dənizçilər xoş bir ovqatla qarsıladılar,çünki bu gün cəsur dəniz fədailərinin peşə bayramıdır.
Dənizcilər Günü 2010-cu ildə BMT-nin tərkibinə daxil olan Beynəlxalq Dəniz Təşkilatının nümayəndələri tərəfindən təsis edilmisdir.İlk dəfə isə "Dənizçi günü”2011-ci ildə onlayn rejimində qeyd olunub.
”Ümumdünya Dənizcilər Günü” hər il 25 iyunda qeyd olunur.Dənizçilər gününün dünya miqyasında qeyd olunması birdaha dənizçilərə olan hörmətin, ehtiramın və qayğının bariz nümunəsidir.
”Dənizçilər Günü”gənc bayramlar sırasında yer almış və BMT-nin illik tədbirlər siyahısına əlavə olunmuşdur.
Dənizciliyin təşəkkülü və inkişafı qədim zamanlara bağlıdır.
Məlumdur ki,dəniz ticarəti qədim zamanlardan bu günədək dövlətləri və qitələri birləşdirmişdir. 90 faizdən çox dünya ticarət əlaqələri əsrlər boyu dəniz ticarəti cəbhəsi üzrə həyata keçirilmiş və hazırda da uğurla davam etdirilir. Ənənəyə sadiq qalaraq bu gün bu sahədə 1,5mln-dan çox dənizçi çalışır.
25 iyun mülki sferada fəaliyyət göstərən dənizçilərin bayramıdır. Hərbi dəniz qüvvələrinin isə peşə bayramları 28 iyulda "Hərbi Dəniz Donanması Günü” kimi qeyd olunur. Qeyd etmək lazımdır ki, hər iki istiqamət üzrə dənizçi əməyinin dünya iqtisadiyyatının inkişafında əvəzsiz rolu vardır. Bütün dünya okeanları, çayları, gölləri, su obyektləri və hövzələri tariximizin, mədəniyyətimizin,iqtisadiyyatimızın ayrılmaz hissələridir.
Kənardan dəniz sadəcə sudan ibarət məkandır. Əslində isə tamamilə bunun əksidir. Dəniz ayrıca bir həyatdır. Öz qanunları var. Həmişə də sakit olmur, əksər hallarda hansısa işi yerinə yetirmək üçün qorxulu və təhlükəli zonalardan kecməli olursan, gözlənilməz vəziyyətlərlə üz-üzə qalırsan.
"Dənizlərə hakim olan, hər şeyə hakim olur ”- deyirlər. Əminəm ki, fədakar dənizçilər bu bəlanı da əzmkarlıqla dəf edəcəklər.
Bu gün dünya üzrə bütün insanlar dənizçilərə təbrik ünvanlayır, öz minnətdarlıqlarını bildirirlər, mən də təbriklərə qoşularaq, bütün dənizçiləri pesə bayramları münasibəti ilə təbrik edir, bu çətin, lakin çətin oldugu qədər də şərəfli peşədə onlara ugurlar diləyir və İ.V.Götenin bir fikirinə istinad edərək demək istəyirəm ki: ”Dəniz nə qədər dalgalı olsa, sonunda durulur”.
Vətəndə görüşmək arzusu ilə Sizlərdən ayrılıram… Salamat olun.
Uzaq səfərlər kapitanı: Nazim Həbibov
Müstəqil.Az
P, S, Biz də dənizçilərimizi təbrik edir. Dəniz kimi gözəllik , həm də sahilləri olmayan uğur və sevinc arzulayırıq.
qadinkimi.com