Covid-19 pandemiyasının sosial təsirləri bütün dünyada qadınlar üzərində daha çox hiss olunmuşdur. RİQC təşkilatı, Britaniyanın dəstəyi ilə Covid-19-un Azərbaycanda qadınlar üzərində təsirləri haqqında əsaslı araşdırma aparmışdır. Səfir Ceyms Şarpın iştirak etdiyi tədbirdə RİQC Azərbaycanda COVID-19 pandemiyasının gender təsirlərindən, pandemiyanın qadınlara mümkün və potensial fəsadlarından bəhs etmiş, həmçinin maraqlı tərəflər üçün mümkün həll yolları və müvafiq tövsiyələr təklif olunmuşdur.
Səfir Ceyms Şarp: "Britaniya tərəfindən dəstəklənən və RİQC tərəfindən hazırlanan vacib hesabat. C-19 pandemiyası bütün azərbaycanlılara təsir etmişdir, lakin qeyri-bərabər ev işi bölgüsü və ailə məsuliyyəti səbəbindən qadınların yükü daha çox olmuşdur.
Qadın hüquqlarının gücləndirilməsi çox mühümdür.