UŞAQ / BÖYÜK
Cəsarəti ilə dünyanı dəyişən 5 qız Tarix : 16 Noyabr 2019, 09:30
Yazar : Qadinkimi.com
1. Ruby Bridges
 
1960-cı ildə 6 yaşlı Ruby hökumətin verdiyi qərarla o il ağdərililərlə birlikdə məktəbə gedəcəkdi. Məktəbin qarşısında kütlə Ruby-yə qarşı yığışmışdı. Polis qoruması altında məktəbə daxil olur. O gün məktəbə heç kim gəlmir, heç bir müəllim dərs demək istəmir. Ailəsi işdən çıxarılır. Buna baxmayaraq Ruby hər gün məktəbə gedir. Vətəndaş Haqları Hərəkatının ikonuna çevrilir.
 
 
2. Malala Yousafzai
 
Öyrənməyi sevən Malala Pakistanın Mingora qəsəbəsində böyüdü. Məktəbdə bir neçə dəfə hücuma məruz qaldı. Məktəb hücumları ilə bağlı BBC-də uydurma adla blog yazmağa başladı. Atası ilə birlikdə təhdidlərə məruz qalsa da, təhsil haqqını müdafiə etməkdən əl çəkmədi. 2012-ci ildə 2 yoldaşı ilə məktəbdən qayıdarkən silahlı hücuma məruz qaldı, boynundan və çiynindən güllə yarası aldı. Bu hücum bütün dünyada qınandı. Hücumdan sonra 2 milyon insandan imza toplandı və məclis Pakistanda məcburi təhsillə bağlı qərar qəbul etdi.
 
 
 
 
3. Anna Frank
 
Almaniyada doğulan və yahudi bir ailənin qızı olan Anna faşist rejimi əsnasında Hollandiyaya köçmək məcburiyyətində qaldı. Yaşadığı bütün ağrılara rəğmən xəyallarını və ümidlərini bir gündəliyə yazırdı. 2 il ərzində kiçik çardağda yaşamağa məcbur oldu. Bir satqının əli ilə tutuldu. Yahudilərin yığıldığı düşərgəyə göndərildi. Anna o vaxt 15 yaşında idi. Ailəsindən ancaq atası sağ qalmışdı. Anna gündəliyini nəşr etməyə qərar verdi. Bu gündəlik "Anna Frankın gündəliyi"adı ilə bütün dünyaya səs saldı. Anna acı həyat yaşayan uşaqların simvoluna çevrildi.
 
 
 
 
4. Alexandra Scott
 
Hələ 1 yaşında xərçəngə tutulur. 4 yaşına çatanda isə evin arxa bağçasında xərçəng araşdırmalarına dəstək üçün limonad satmağa başlayır. Hekayəsindən təsirlənən insanlar limonad sataraq ona dəstək olmağa başlayırlar. 2004-cü ildə dünyadan köçür, bu zaman qədər 1 milyon dollar yığmışdı. Ailəsi onun adına fond quraraq xəstə uşaqlara yardım edir.
 
 
 
 
5. Claudette Colvin
 
Avtobusda bir ağdəriliyə yer verməyərək irqçiliyə qarşı çıxır. Hələ 15 yaşında idi və avtobusda həbs edilir. Anti-irqçiliyin, bərabərliyin simvoluna çevrilir. 
 
 

qadinkimi.com