HƏR ŞEY / HEÇ NƏ
Üç arzunuzu tapın Tarix : 30 Dekabr 2022, 14:47

Neçə ildir ki, 31 dekabrda Yeni ili qarşılamaqla yanaşı Dünya Azərbaycanlılarının həmrəylik və birlik gününü də qeyd edirik. Etiraf edək ki, çoxumuz heç bir bayramı Yeni il kimi gözləmirik. Hələ dekabrın ilk günlərindən son illərdə günü- gündən gözəlləşən paytaxtımızda yeni ilin gəlişi hiss olunur. Yeni il bər-bəzəyi bir başqa gözəllik verir, insanların üzündə sevinc, məmnunluq hissi yaradır.

Milyonlarla insan Yeni ili harada və necə keçirəcəyini düşünür, marketlərə, dükanlara – mollara qaçır, hədiyyələr alır, sürprizlər hazırlayır.

Uşaqlar üçün də bu bayram o qədər bənzərsiz, o qədər sehrlidir ki, çünki onlar da Şaxta babanı intizarla gözləyir.

Hər yeni ildən möcüzələr və sehrlər gözləyir, daha gözəl, qayğısız, uğurlu olacağına, arzuların gerçəkləşəcəyinə inanırıq.

İnamımız sarsılmasın!

 

Hamı ümid edir ki, bütün pis nə varsa, köhnə ildə qalacaq və yeni ildə yalnız daha yaxşı şeylər olacaq. Ümidimizi yeni ilə bağlayırıq.

Ümidimiz qırılmasın!

Bayramlar insanlarda uğur, sevinc, şadlıq, xoşbəxtlik kimi müsbət emosiyalar yaradır.

Adətən insanın vəziyyəti və həyatının dolğunluğu, mənalılığı, daxili məmnuniyyəti yaşayış səviyyəsinə uyğun olur.

Bəziləri, ümumiyyətlə, bayramlarda sevinə bilmirlər. "Yeni il depressiyası” qış tətili zamanı həmin adamlarda qəmginlik, təşviş, əsəbilik və melanxolik vəziyyət yaradır. Bunun səbəbi vaxt və pul çatışmazlığı, qohumlarla görüşmək ehtiyacı, hədiyyələr vermək öhdəliyi, həmçinin "olmayan" endirimlər və satışlar mövsümünə çevrilmiş bayram günlərində süni yaranan bahalıq da ola bilər.

Vəziyyətinizə yeni il sabahı yuxusuzluq, həddindən artıq yemək və alkoqoldan sui-istifadə də mənfi təsir göstərə bilər. Bunu da nəzərə alın.

Bəzən də ötən ildəki çətinliklər, yorğunluq, yerinə yetməyən ümidlər bayram öncəsi ümumi stress yaradır. Siz olanları düşünməyin. Sabaha baxın.

 

Heç duşündünüzmü, nə üçün sehrli pərilər insanın yalnız üç arzusunu yerinə yetirmək əzmində olurlar. Nağıllarımız goydən enən uç alma ilə bitir, 3 rəqəmində məhdudlaşır, limit qoyur. İnsana arzularının nə qədər məhdud olmasını ismarıcla xatırladır. İnsanın qısa ömrunün minlərlə arzuya həsr etməsinin sefehlik olduğuna balaca bir işarədi. Yeni ildə, ad günümüzdə, bəzən də hər gün elə hey nələrsə arzularıyırıq.

Üç arzunuzu tapın!

2023-cü ildə üç bürcün həyatı tamamilə

Yeni 2023-cü ilin simvolu Qara Su Dovşanıdır. Dovşan isə sakit, mülayim heyvandır. 

Bu Yeni ilimiz də sakit, mülayim keçsin. Aydın səma arzulayaq. Uşaqların üzü gülsün. İnsanlar sağlam olsun. 

Bir-birinə olan münasibətləri təmənnasız, gözəl duyğular, hörmət, ədalət və ləyaqət üzərində qurulsun.

Dovşan ili hər kəsə yaxşı əhval-ruhiyyə, sağlamlıq, əmin - amanlıq, sevinc və xoşbəxtlik gətirsin.

 

Yeganə İskəndərova - psixoloq

qadinkimi.com