Təkcə pandemiya zamanı deyil, hər an sağlamlığımızı qorumalıyıq. Virusla mübarizə apardığımız bu günlərdə isə daha diqqətli olmalıyıq.
Qeyd etdiklərimiz hər birimiz üçün keçərlidir:
1.Siqaret
çəkməkdən imtina edin. Bu pis vərdiş bir çox ağır ağciyər xəstəliklərinin, o
cümlədən, ağciyər xərçənginin, əsas risk faktorudur.
2. İndiki şəraitdə hər
gün 2 - 3 saatı mütləq açıq
havada olun, dəniz kənarında, parkda, ağaclar çox olan
yerdə gəzin. Təmiz hava ağciyərlər üçün əsl «dərman»
funksiyanı yerinə yetirir. Şam ağacı, küknar, evkalipt ağacları olan yerlərdə gəzmək
xüsusilə xeyirlidir. Bu ağacların havası ağciyərləri yaxşı təmizləyir. Məhz bu
səbəbdən ağciyər kurortlarında, sanatoriyalarında məhz bu ağaclara daha çox olur.
3. Düzgün qidalanın. Qidalanmanız tamdəyərli və sağlam olmalıdır. Ağ ciyərlər üçün xüsusilə xeyirli olan məhsullar bunlardır:
- Kök. Beta-karotinlə zəngin olan kök ağciyərlərin toxumasını möhkəmləndirir.
- süd məhsulları. Bu məhsullar kalsiumla zəngindir. Kalsium isə ağciyərlərin normal fəaliyyəti üçün ən vacib olan maddələrdən biridir.
- sitrus meyvələri, itburnu. Bu məhsullar C vitamini ilə zəngindir. C vitamini immun sistemini möhkəmləndirir. Möhkəm immun sistem isə ağciyərləri ziyanlı mikroorqanizmlərdən qoruyur.
- çuğundur. Bu tərəvəz bronxları çox yaxşı təmizləyir. Məhz bu səbəbdən bronxit, pnevmoniya zamanı xalq təbabətində bal əlavə olunmuş çuğundur şirəsini içməyi tövsiyə olunur.
- təbii kərə yağı və zeytun yağı. Ağ ciyərlərin normal fəaliyyətinə kömək edir.
- bal. Bu unikal məhsul ağciyərləri yaxşı təmizləyir və möhkəmləndirir.
- yemişan. Ağ ciyərlərin fəaliyyətini yaxşılaşdırır, selikdən təmizləyir.
- Kahı və ananas. Tərkibində
olan «bromelayn» fermenti ağciyərlərə antiseptik, iltihabəleyhinə təsir edir, vərəm
çöpü ilə mübarizə aparır.
4. Çəkinizi normada saxlayın. Artıq çəki və piylənmə
nəfəsalma sisteminin fəaliyyətini çətinləşdirir.
5. Hərəkətli olun, idmanla məşğul olun. Bu ağciyərlərin
təmizlənməsinə və fəaliyyətin yaxşılaşmasına kömək edir.
6. Ziyanlı maddələrdən mümkün qədər uzaq durun. Bu
həm istehsalatda, həm də məişətdə istifadə olunan kimyəvi maddələrə aiddir.
Qadınlar məişətdə istifadə olunan kimyəvi maddələri soda, sirkə, məişət sabunu
kimi ziyansız vasitələrlə əvəz edə bilərlər.
qadinkimi.com