EV / ÇÖL
Bu gün Tarix : 10 İyun 2020, 18:21

YENİ SƏS - də verilən məlumata görə 

 

Azərbaycanda koronavirusa yoluxanların 49,5 faizi Bakının payına düşür.

Ölkə üzrə ikinci ən çox yoluxma Gəncə-Qazax zonasındadır. Bu bölgə üzrə göstərici 13,4 faizdir. Yoluxmanın 10,6 faizi Abşeron yarımadası, 9,5 faizi Aran zonası, 7,3 faizi isə Lənkəran şəhərində qeydə alınıb. Yoluxanların 4 faizi xaricdən gələnlərdir.

Hazırda ölkə üzrə yoluxma hallarının 1,7 faizi Şəki-Zaqatala, 1,4 faizi Quba-Xaçmaz, 1,1 faizi Yuxarı Qarabağ bölgəsində, 1,4 faizi isə Dağlıq Şirvan ərazilərindədir. Ölkə üzrə ən az yoluxma halı isə Naxçıvanda qeydə alınıb. Bu ərazidə yoluxma 0,1 faizdir.

Bakı şəhəri üzrə ən çox yoluxma halları paytaxtın Sabunçu, Yasamal və Binəqədi rayonlarında olub. Paytaxt üzrə yoluxanların 12,8 faizi Sabunçu, 12,7 faizi Yasamal, 12 faizi isə Binəqədi rayonunun payına düşür. Yoluxma hallarının 11,3 faizi Xətai, 11,2 faizi Nəsimi, 9,6 faizi Nərimanov, 9,1 faizi isə Suraxanı rayonunda qeydə alınıb. Yoluxma hallarının 6,9 faizi Nizami, 6,8 faizi Qaradağ, 4,5 faizi Xəzər, 2,8 faizi Səbail rayonlarındadır. Bakı şəhəri üzrə ən az yoluxma halı isə Pirallahı rayonunda olub.

 

Ölkədə koronavirusa yoluxanların 21 faizi 50-59 yaş arasında, 18 faizi isə 30-39 yaş arasında olan şəxslərdir. Yoluxanların 5 faizini 0-9 yaş, 2 faizini isə 80 yaşdan yuxarı şəxslər təşkil edir. Yoluxanların 54 faizi qadın, 46 faizi isə kişilərdir. Bu virusdan dünyasını dəyişənlərin 35 nəfəri (43 faiz) 60-69 yaş, 19 nəfəri (23 faiz) nəfəri 70-79 yaş, 15 nəfəri (18 faiz) isə 50-59 yaş həddində olub.

Xatırladaq ki, iyunun 8-nə qədər Azərbaycanda 7876 nəfər koronavirusa yoluxub. Onlardan 4377 nəfər sağalıb, 93 nəfər isə dünyasını dəyişib. Hazırda ölkədə 3406 nəfər aktiv koronavirus xəstəsidir. Bu tarixə qədər isə ölkə üzrə 343 min 391 nəfər üzərində koronavirus testi keçirilib.

qadinkimi.com