BAKIDA QADINLAR ZORAKILIĞA QARŞI AKSİYA KEÇİRİB Tarix : 08 Mart 2019, 17:57

 

 

 

Bu gün günorta saatlarında Bakıda Azad Qadın Heykəlinin önündə Azərbaycanda ilk dəfə qadın zorakılığına qarşı qadınların aksiyası keçirilib. Aksiyada müxtəlif yaşdan olan xanımlar, feministlər qrupu, ictimai fəallar iştirak edib. Qeyd edək ki, dünən 07.03.2019 tarixində mətbuatda Baş Polis İdarəsinin təşkilatçılara aksiyaya imkan verilməyəcəyi haqqında xəbərdarlıq etməsi ilə bağlı məlumat yer alıb. Səbəb kimi "Sərbəst toplaşmaq haqqında qanun” göstərilib. Qanuna görə aksiyadan beş gün əvvələ qədər aksiya haqqında Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq edilməlidir. Təşkilatçıların belə bir xəbərdarlıq məktubu yazmadığını bildirən BŞBPİ bu halda aksiyaya icazə verilməyəcəyini açıqlayıb. Qadınlar isə zorakılığa qarşı aksiyanı 8 Mart bayramı ilə əlaqələndirərək hər hansısa bayram tədbiri üçün qanunvericilikdə icazə alınmasına ehtiyac olmadığını deyiblər. Qadınlar aksiya zamanı şüarlarını səsləndirərək "Qadına şiddətə yox” deyiblər. Aksiyaçılara əvvəldən hazırlanan plakatları qaldırmağa icazə verilməyib. Polis yürüşün qarşısını alıb. Əvvəlcə aksiyanı dağıtmağa çalışsalar da, qadınlar təkidlə şüarlarını səsləndiriblər.

Qeyd edək ki, bir neçə gün öncə feminist qadınlardan ibarət təşəbbüs qrupu ivent yaradaraq "8 Marş – Zorakılığa qarşı GET” qadın zorakılğına qarşı aksiya keçirəcəklərini elan ediblər. Aksiya Azad Qadın Heykəlinin önündən Xurşidbanu Natavanın heykəlinəcən yürüş şəklində nəzərdə tutulub.

qadinkimi.com 

 
qadinkimi.com