-Bu səfər neçə gün çəkəcək və səfər çərçivəsində nələr planlaşdırılır?
-11 sentyabrda qonaqlar artıq Bakı Hava limanında olacaqlar. 18-nə qədər səfər davam edəcək. Ölkədaxili ilk səfərimiz qədim türk yurdu olan Gəncə şəhərinə planlaşdırılır. Müharibə zamanı bilirsiz ki, düşmən Gəncəni vurdu, dinc sakinləri atəşə tutdu. İlk səfərimiz də ora olacaq. Gələn qonaqlar orada həlak olmuş soydaşlarımızın məzarını ziyarət edəcək. Daha sonra Bakı və Sumqayıt şəhərlərində görüşlər keçiriləcək. Şəhidlər xiyabanı, Fəxri xiyaban, Qənimətlər parkı ziyarət ediləcək.
-Qonaqlar getdikdən sonra yəqin ki, səfər çərçivəsində gördüklərindən, eşitdiklərindən, zəfər tariximizdən yazacaqlar.
-Bəli, özləri ilə çəkiliş qruppası gətirəcəklər. Biz də buradan media nümayəndələri dəvət etmişik. Qonaqlar dönəndən sonra Türkiyə mətbuatında yazılar yazacaq, çıxışlar edəcəklər. Könül yolçuluğunun bir məqsədi də budur.
-Nazilə xanım, siz həkimsiz, pandemiya dönəmidir və işlər çoxdur. Belə bir zamanda bütün bu işləri necə çatdırırsız?
-Hə, pandemiya dövründə işimiz lap ağırlaşıb. İnsanların ümidi bizədir. Biz də onların ümidini doğrultmağa çalışırıq. Lakin könül dünyamızı bəzəməsək də olmur. Ona görə də belə layihələrə vaxt ayırırıq. Mənim ən böyük var-dövlətim könül dostlarımdır. Bu, həm də vətənə xidmətdir. Mən vətənimi sevirəm. Mövzu vətəndirsə, canim da qurban.
-Təbdiriniz pandemiya şərtlərinə nə dərəcədə uyğundur?
-Bütün pandemiya şərtlərinə əməl olunacaq. Gələn qonaqlar Covid 19-a qarşı PZR testi olunub, vaksin pasportları var. Tədbirlərdə məsafə gözləniləcək. Dezinfeksiya tədbirləri görüləcək.
-Sizə uğurlar arzulayıram. Məni də bu layihəyə dəvət etdiyiniz üçün təşəkkür edirəm. Sağ olun ki, belə gözəl işlər görürsüz.
-Borcumuzdur. Siz də sağ olun.