BƏLKƏ DƏ BİLMİRSİNİZ
BÜRCLƏRİN XOŞAGƏLMƏYƏN CƏHƏTLƏRİ
Bürclər haqqında hamımız oxuyuruq. Öz bürcümüz, yaxınımızın, dostumuzun, sevgilimizin bürcünü öyrənməyə marağımız var. Bürclər haqqında məlumatlar kahinlərin, astroloqların, müxtəlif bilim adamlarının, bürcləri öyrənən həvəskarların və bir çoxlarının illərlə apardığı müşahidələrin, araşdırmaların nəticəsidir. Bu məlumatları önəmsəmƏyənlər olduğu kimi, çox ciddiyə alanlar, münasibətlərində bu məlumatlara əsaslananlar da var. Bəzi bürc tədqiqatçıları bürclərin mənfi tərəflərini öyrəniblər.
1. QOÇ
Səbrsizdir. Daim tələsir. Komandada işləyə bilmir.
Həmişə diqqət mərkəzində olmağı sevir. Özündən razıdır. Kimsəni gözləmək ona xas deyil. Bir – neçə dəqiqə gözləmək belə ona çox gəlir.
2. BUĞA
Qoçla müqayisədə həlim (yolagedən) və mehribandır. Cəsurluq onun əsas şüarıdır.
Buğa üçün pul birinci yerdədir. Ondan borc istəməyə dəyməz - verməyəcək. Hətta narazı baxışlarını hiss edəcəksən. Öz ideyalarının, fikirlərinin ən yaxşı olduğuna əmindir. Öz fikirləri, təklifləri ilə kimi istəsən, hövsələdən çıxara bilər. Praktik deyil.
3. Əkizlər
İkili xarakter – əkizləri məhz belə adlandırırlar. Flirt, donagirmək, dəyişmək onlar üçün nəfəs almaq kimidir. Onlar həmişə darıxırlar, məşğuliyyət axtarırlar. Ona görə də başqaları haqda istənilən dedi – qodu yaparlar. Əkizlərə inanmaq üçün idiot, yəni axmaq olmalısan.
4. XƏRÇƏNG
Kədərə meyllidir. Küsəyəndir. Çox vaxt niyə küsdüyünü, nəyə əsəbləşdiyini özü də izah edə bilməz. Xərçənglər sədaqətli dost olsalar da, onlarla dostluq etmək istəyirsizsə, çox səbrli olmalısız. Etiraf etməyi sevmirlər.
5. ŞİR
Hökmranlığı sevir. Onu küsdürmək çox asandır. Amma bunun əvəzini artıqlaması ilə çıxacaq. Səsi batana qədər mübahisə edəcək. Heç vaxt haqsız olduğunu düşünmür.
6. QIZ
Yatmaq istəyirsizsə, qızlarla söhbət edin. Monoton səsindən, təfərrüatlı mənasız söhbətindən sizi yuxu basacaq. Qızlar həmişə hər şeydən narazıdırlar. Və çox kinlidirlər. İllərlə qisas hissiylə yaşayırlar. Hər yerdə, hamıda nöqsan tapmaq hissi həddindən artıq güclüdür. Xırdaçıdırlar. Özünə tənqidi yanaşa bilsə də, başqalarını tənqid etməkdən xüsusi zövq alır.
7. TƏRƏZİ
Bədxərcdilər. Pulu saman kimi səpə bilərlər. Dillərinə sahib ola bilmirlər. Özlərini hamıdan ağıllı sayırlar, tənqidə meyllidirlər.
Hər şeydən narazı və deyingəndirlər. Kaprizlidilər. Onlarla yollaşmaq çətindir.
8. Əqrəb
Əqrəblərdən hər cür pislik gözləmək olar. Qısqancdırlar. Şirlərdən daha çox mübahisə edərlər. ”Hökm və təhqir et” şüarıyla yaşayırlar.
9. Oxatan
Ehtiyat? Ölçü? Heç bu haqda düşünmür. Onun üçün hədd yoxdur. Düşünmədən hərəkət edir. Ani qərar verir. Hər şeyi bildiyini düşünür.
10. OĞLAQ
Oğlaqların hər şeylə bağlı fikirləri var və onları yerli-yersiz, hətta onlara aid olmayan məsələlərdə belə qəbul etdirməyə çalışırlar. Bəzən bir saat, bəzən bütün günü özlərinə qapana bilərlər. Dəhşətli dərəcədə konservatordular. Ağlına gələn istənilən fikri həyata keçirmək iddiasındadırlar. Özünəvurğunluğu bezdirici səviyyədədir, natamamlıq kompleksi var. Pulu çox sevir.
11. DOLÇA
Yüngülxasiyyət və ərköyündülər. Qətiyyətsizdilər. Emosional, tez duyğulanandılar. Həyacanlanmaqdan qorxurlar. Uşaq kimi ideallara inanırlar.
12. Balıqlar