BİLİM / DİN
Biz kimə bənzəyirik: Güzgü neyronları Tarix : 09 Yanvar 2021, 09:57

Kiminlə çox zaman keçiririk beynimiz onun beyninə bənzəyir.
Araşdırmanı ABŞ dakı Northwestern universitetinin bilim insanları edib. Beynin elektrik siqnallarının sinxronizasiyası üzərində çalışan nevroloji uzmanı Prof. Dr. Moran Cerf və komandası birlikdə zaman keçirən insanların beyin dalğalarının da ‘bənzər’ görünməyə başladığını aşkar edib. BBC nin ispan servisinə bu dalğaların hətta bəzi hadisələrdə iki insan beynindən birəbir eyni çıxdığını vurğulayan prof. Cerf "Bir biriylə zaman keçirən insanlarda hər iki beyində də uyum yaranır” deyir və sözlərini belə davam etdirir: Sadəcə iki həftə sonra belə eyni filmi izləyən, eyni kitabları oxuyan, eyni təcrübəni paylaşan və sadəcə bir-birləriylə danışan iki nəfər dil, duyğu, dünya görüşündə ortaq qəliblər inkişaf etdirirlər." Prof. Cerf çalışmalarının nəticəsini belə açıqlayır. "Həyatda verilə biləcək ən doğru qərar, kiminlə zaman keçirdiyimizi ağıllıca seçməkdi”.

 

 

 Neyronlar | TİBB DÜNYASI

 



Məşhur elmi Amerika jurnalı "Scientific American”- da yayımlanan "Güzgü neyron” çalışmalarının nəticələrində göstərilir ki, yemək yeyən adamla yemək yeməyi arzu edən bir adamın beyin dalğaları eyni formada işləyir. Bu çalışma, yemək zamanı beyindəki sinir fəaliyyətinin düşüncə anında da meydana gəldiyini sübut edir. Beyin neyron adlanan sinir hüceyrələrindən ibarətdi. Buna görə də bir insan qarşısında hər hansı bir hərəkəti görərkən özü etmiş kimi neyronları işıqlanır və hərəkətə keçir. Eyni güzgü kimi qarşıdakını təqlid edərək əks etdirdiyi üçün də güzgü-neyron adlandırılır. Belə ki qarşınızdakı birinin limon yediyini görsəz sizin də ağzınız sulana bilir və ya qarşınızdakı biri əsnəyirsə, siz də əsnəyirsiz. Gülmək, ağlamaq, sevinc, coşqu kimi emosional hallar qarşıdakı insan tərəfindən çox tezliklə yamsılana bilir. Bu da bizə çox önəmli bir şeyi-beyində niyyət etdiyimiz bir şeylə onu etmiş olmanın eyni olduğunu sübut edir.
Gözəl düşünün hər işiniz gözəl olsun!

 

 

 

 

qadinkimi.com