YAZI / DÜŞÜNCƏ
BİRLİYİN GÜCÜ Tarix : 08 İyun 2020, 00:32

QARISQA AĞLI

Rayon yerlərində həyət-bacalarda tut ağacı, üstünə üzüm tingi dırmaşan talvarı hamının həyətində görmək olardı. Ən xəfif mehdən tutun yarpaqları titrəyər, talvarın altında üzüm yarpaqları günəş şüalarının qarşısını kəsər, sərinlik yaradardı. Yayın qorabişirən vaxtlarını sübhdən gecə yarıyadək talvarın, tutun altında keçirər, sərinləyərdik. Həyətimizə ilan girəndə hiss edirdik, özünüsə görən yox idi.

 

Günlərin bir günü günorta ilanın talvara sarıldığını gördük. Atam cəld beli götürüb ilanı vurub, yerə salmaq istəsə də ilan özünü yerə atdı, bağımıza tərəf sürətlə sürünməyə, qurtulmağa çalışırdı. Bacım da göz qırpımında çanaq beli götürüb atama köməyə tələsdi. Belə anda düşünməyə, qərar verməyə vaxtım yox idi, belin birini də mən götürüb atama köməyə qaçdım. Hadisə sürətlə baş verirdi. Gengünlük olsaydı ilandan qorxub evimizin damına çıxardım, ancaq düşünməyə zaman yox idi. Üçümüz də ilanı mühasirəyə almışdıq, qaçmağa yeri yox idi. Haça dilini çıxarıb yalvarırdı. Sərrast atəş lazım idi öldürməyə. Atamın ilk zərbəsindən artıq ilan ölmüşdü. Düzəngahda basdırar deyə dəmir qutuya qoydugu ilanın ölüsünü "sümüyü də zəhərlidir" deyib bellə bərabər maşına qoydu.

Kommunizm nəzriyyəsinin liderlərindən olan V.İ.Leninin bizim dövrlərdə bir şəkli vardı, hər iməcilik bu şəkil qəzetlərin birinci səhifəsini bəzəyərdi. Ağır, yoğun ağac gövdəsini aparan fəhlələrə kömək məqsədiylə çiynini tirin altına vermişdi Lenin. Bu şəkil əslində birliyin mücəssiməsi, ağırlığın paylanmasının nümayişi idi. İnsan həyatından iki nümunə çəkdim, hər birimizin belə çəkilməli nə qədər yaşanmışı var.

 

Özündən neçə dəfə ağır buğda dənəsini yuvasına aparmağa cəhd edən bir qarışqaya rast gələ bilməzsən. Neçə cüt qarışqa köməkləşib aparar buğdanı. Gücün birlik olduğunu, özündən ağır yükü daşımağın yolunu öyrəndiyimiz qarışqalar.

 

 Bir qarışqanın ağırlığı nə qədərdir? Bir qarışqanın çəkisi nə ...

 

Birlik buğdanı yuvaya daşımaq, tirin yerini dəyişmək,ilanın başını əzməkdi. Qarışqadan böyük uşaqlardan, tirdən ağır qocayadək hamımız, birlikdə erməni ilanın başını əzməliyik. "Müharibə qadın simali deyil" kitabında represiyaya uğramış qardaşının müdafiəsi uğrunda mücadilə aparan, dövründən narazı qadın alman faşizminə qarşı başlanmış müharibəyə "öncə VƏTƏN" deyib qızını döyüşə yola salmaq üçün hazırlığını görür. Qələbəyə yol da böyük ideyalar uğrunda, kiçik münaqişələrin unudulmasından, insanların birləşməsindən, ağır yükün altına hamımızın çiyin verməyimizdən keçir.

 

Natiqə Quliyeva

 

qadinkimi.com