* Yer səthinin 70%-ni su təşkil etsə də, onun yalnız 1%-i içmək üçün yararlıdır.
* Dünya əhalisinin yarısı düyü ilə qidalanır.
* Boks idman növü kimi 1900-cü ildə qanuniləşdirilmişdir.
* Bu günə qədər qeydə alınmış ən böyük aysberq 200 mil uzunluqda və 60 mil enindədir. O, Belçikadan daha böyük sahəyə malik olub.
* Ən böyük dalğa Yaponiyanın İshagaki adasında 1971-ci ildə 85 metr hündürlüyündə qeydə alınıb.
* Cənubi Koreyanın paytaxtı Seul koreya dilində "paytaxt” deməkdir
* Sadəcə dişi ağcaqanadlar dişləyirlər
* Ernest Vincent Wrightın yazdığı "Gadsby” adlı romanında 50 000-dən çox söz var və heç bir sözdə E hərfi yoxdur
* Qədim misirlilər daşdan düzəldilmiş yastıqlarda yatırdılar.
* İnsanlar oksigensiz 3 dəqiqə, susuz 3 gün və yemək yemədən 3 həftə yaşaya bilər.
* Kleopatra nar tumlarından dodaq boyası kimi istifadə edirdi.
* Bilikli insanların beynində daha çox sink və mis olur.
* 4 yaşlı uşaqlar orta hesabla gündə 450 sual verir.
* "Titanik" aysberqə çırpılan ilk və tək okean gəmisidir. Gəminin batmasına səbəb olan aysberqi 30 saniyə tez görsəydilər, faciə baş verməyəcəkdi.
* Qafqazın ən qədim kilsəsi Şəkinin Kiş kəndindəki Kiş məbədidir.
* İlk saat (günəş saatı) qədim Misirdə ixtira edilib.
qadinkimi.com