QADIN / KİŞİ
Azərbaycanın qadın nazirləri: onlar kimlərdi? Tarix : 07 Sentyabr 2022, 22:21
Yazar : Qadinkimi.com
Azərbaycan tarixi ərzində yalnız 4 qadın nazir olub.
Azərbaycanın birinci-qadın naziri...
Nazir vəzifəsini icra edən ilk Azərbaycanlı qadın Tahirə Tahirovadır.


Tahirə Tahirova 7 noyabr 1913-cü ildə Türkmənistanda anadan olub.O, 1935-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirmişdir.  Elmi fəaliyyətə 1936-cı ildə başlamış, 1940-cı ildə isə Azərbaycan Neft Araşdırmaları İnstitutunun direktoru təyin edilmişdir. Böyük Vətən müharibəsi dövründə o, neftin cəbhəyə davamlı çatdırılması üçün məsuliyyət daşıyırdı.Tahirə Tahirova hər zaman yüksək vəzifələrdə çalışıb. 1957-ci ildə Azərbaycan SSR Xarici İşlər Naziri təyin edilib, lakin diplomat 1959-cu ildə öz işinə başlamış və 1983-cü ilədək bu vəzifədə çalışmışdır.

Elmira Qafarova təkcə Xarici İşlər naziri deyil, həm də Təhsil naziri olub.



1983-cü ildə Elmira Qafarova Xarici İşlər Naziri təyin edilmişdir. Eks-nazir 1934-cü il 1 mart tarixində dünyaya gəlib.O, Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. 1980-1983-cü illərdə Azərbaycan SSR Təhsil Naziri vəzifəsini tutmuşdu. 1983-cü ildə E. Qafarova öz sələfi Tahirə Tahirovanı əvəz etdi və Azərbaycan SSR tarixində ikinci qadın nazir oldu. 1987-ci ildə Xarici İşlər Naziri vəzifəsini tamamladı. 1987-1989-cu illərdə Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini vəzifəsində çalışmışdır. 1990-cı ildə SSRİ Ali Sovetinin sədri seçilib və 1992-ci ilədək bu vəzifədə çalışmışdır. Elmira Qafarova 1993-cü ildə dünyasını dəyişib və Fəxri xiyabanda dəfn olunub.

Əvvəlki Ədliyyə naziri Südabə Məmmədova
 
 
1947-ci ildə Şərurda anadan olub. O, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1971-1973-cü illərdə Azərbaycan SSR Ədliyyə Nazirliyinin Məhkəmə İdarəsində məsləhətçi vəzifəsində çalışıb. 1987-ci ildə S.Həsənova Azərbaycan Respublikası Ədliyyə Nazirinin birinci müavini vəzifəsinə təyin olunmuş, 1998-2000-ci illərdə isə Ədliyyə Naziri olmuşdur.
18 aprel 2000-ci il tarixli Sərəncama əsasən, S.Həsənova Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edilmişdir. 2005-ci ildə Südabə Həsənova vəzifədən azad edilib və Ali Məhkəmədə hakim olaraq öz fəaliyyətini davam etdirib.

Təhsil naziri Lidiya Rəsulova

 

Eks-Təhsil naziri Lidiya Rəsulova 4 dekabr 1941-ci ildə anadan olub.
Keçmiş nazir həmçinin,müxtəlif vəzifələrdə Həmkarlar İttifaqı Şurasında (1981-1988), Azərbaycan Sosial Müdafiə Nazirliyində (1988-1992) və Dövlət Elmi-Texniki Komitəsində sədr müavini vəzifəsində çalışmışdır.
1993-cü ildən etibarən Təhsil naziri vəzifəsini yerinə yetirmişdir. 1997-ci ildə səhhətiylə ilə əlaqədar olaraq vəzifədən azad edilmişdir.
Məşhur ictimai xadim, şəxsi prezident təqaüdünün sahibi Lidiya Rəsulova 2012-ci ildə 71 yaşında dünyasını dəyişib.
 

 


Hazırladı: Çinarə Teymurova