YAZI / DÜŞÜNCƏ, HƏR ŞEY / HEÇ NƏ
Azadlıq simvolu kimi tanınan siyasətçi Tarix : 30 Aprel 2021, 14:21

Bütün dünyada azadlığın simvolu kimi məşhurlaşan , "böyük ruh" mənasını verən Mahatma adı ilə tanınan Mohandas Karamçand Qandi bu gün də elə imiclə qalmaqdadı. 1940-cı illərdə güclü bir imperiya sadə geyimli sülhpərvər bir insana – Qandiyə məğlub oldu.  Dünyanın bir neçə şəhərlərində Mahatma Qandinin heykəlləri ucaldılıb.  

O cümlədən, ötən il Yerevanda Qandinin heykəli  Hindistana dostluq jesti kimi ucaldılıb, ancaq elə həmin vaxt da bu addım narazılıqla qarşılanıb. Səbəb isə Mahatma Qandinin vaxtilə "erməni soyqırımı"nı inkar etməsi olub. Özlərindən başqa heç bir xalqı önəmsəməyən və dəyərlərə qiymət verməyən ermənilər tərəfindən bu addım birmənalı qarşılanmadı. Bu addmı tənqid edənlər Qandinin Türkiyənin o vaxtkı rəhbərliyi ilə yaxın münasibətinin olduğunu və onun Osmanlı İmperiyasında "erməni soyqırımı"nın baş verdiyini inkar etməsini əsas gətirirdilər. Bu il aprel ayının 24-də isə Hindistanın Ermənistandakı səfirliyi rəsmi "Twitter" səhifəsində qondarma "erməni soyqırımı"nın ildönümü münasibətilə paylaşım edib. Paylaşımda əvvəl "soyqırımı" ifadəsi yer alsa da, sonradan mətn redaktə olunub və həmin söz oradan çıxarılıb.


Bundan əsəbiləşən ermənilər isə acıqlarını Mahatma Qandinin heykəlindən çıxıblar.
 

Baxmayaraq ki, Ermənistanın Hindistanla kifayət qədər yaxşı münasibətləri var, üstəlik Yerevan Kəşmirlə bağlı Pakistanla münaqişə vəziyyətində olan Hindistanın mövqeyini dəstəkləyir,  amma  iyrənc xislətlərinə hakim ola bilməyiblər.


Qeyd edək ki, bu hadisədən bir neçə gün sonra naməlum şəxslər Qandinin heykəlinə qarşı vandalizm aktı həyata keçiriblər. Aprelin 28-də mətbuatda heykələ od vurulub yandırıldığını əks etdirən foto və videolar yayılıb. İki gün əvvəl isə heykələ toyuq yumurtası çırpıblar.

P.S Uzun illərdir işğal altında olan Azərbaycan ərazilərindəki məscidlər, dini, tarixi, mədəni abidələr erməni vandalları tərəfindən dağıdılıb. Təbii ki, bu, onların dini, mədəni və tarixi dəyərlərə olan nifrətindən irəli gəlir. Fakt kimi işğal altında olan torpaqlarımızdakı məscidlərdən ermənilərin tövlə kimi istifadə etməsini də deyə bilərik. Əgər Ermənistan dini abidələrə, məscidlərə sayğı ilə yanaşmış olsaydı, işğal etdiyi Azərbaycan ərazilərindəki abidələri dağıtmazdı. Rəsmi məlumata görə, işğal altındakı Azərbaycan torpaqlarında təsbit olunan tarixi-dini abidələrin sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb.Dəyərlərə qiymət verməmək, öz xəstə təxəyyülünə əsaslanıb canlıya-cansıza aman verməmək Ermənilərin xislətinə xas hərəkətdir!


Əntiqə Rəşid