AZAD SEKSİN OLMADIĞI MÜHİTDƏ...Şəhriyar yazır Tarix : 03 Aprel 2019, 21:13
Bütün uşaqlığını, gəncliyini azad seksin olmadığı mühitdə, məhdud intim yaşantılarla, seksual qadağalar, qınaqlar, olmazlar, seks aclığı və həsrəti ilə keçirdən Azərbaycan kişisi gələcək üçün seksual ac, xəyanətkar ər, gənc qızlara həvəsli dayı, seksin ən fantaziyalı növlərindən acgözlüklə istifadə edən, əlinə düşən hər fürsətdə keçmişinin əvəzini çıxartmağa çalışan, gördüyü hər qadına tamah salan, katibəsinə, işçisinə və təkliyə düşdüyü hər bir qadına intim hisslərlə yanaşan milli fərddir. 

"Hostel" insanların tətil, gəzinti zamanı birgə gecələdiyi yerdir. Eyni otaqda həm kişi həm də qadın yatır, dincəlir, istirahət edir,  hətta eyni alt-üst yataqda. Bu otelə bənzər forma,  azad düşüncənin, insanın bir fərd olaraq mənəvi baxımdan inkşaf etdiyi cəmiyyətlərdə, ölkələrdə yaradılıb. O cəmiyyətlərdə ki, insan uşaqlıqdan seksual aclıq içərisində böyümür və belə olduğu halda qarşılaşdığı, təkbətək qaldığı əks cinsə intim marağı aşıb daşmır. 

Qərbli  tələbələrin kirayə qaldığı evdə bütün insanlar eynicinsli olmaya da bilər (misalçün, 4 nəfər qalırsa, cinsləri qarışıq da ola bilər, eyni də - 1 oğlan, 3 qız və ya 2 oğlan, 2 qız və.s ) İnsanın cinsi oriyentasiyası fərqlidirsə, bu, onun yad və təhlükəli olması demək deyil. 
Tərəflərdən birinin kişi və ya qadın, homoseksual və ya heteroseksual olması, mütləq cütləşmə və ya intim-cinsi ayrı-seçkilik anlamına gəlmir.  Cünki bir ingilis uşaqlıqdan cinsi istəyinin yarandığı vaxtdan, bədəni, beyni, cinsiyyət orqanı intim yaşantı istəyən zaman - fərq etməz qız, ya oğlan - seks aclığı, məhdudiyyət, qadağa yaşamır.  
Və bir qərb insanı üçün seks duş almaq kimi normal həyat normativinə, qidasına cevrilir.  
Yəni bu olmalıdır. Normal bir haldır.
Yetkinlik yaşına çatmış hər bir insan hərdən saçını kəsdirdiyi, dırnağını tutdugu kimi, hər hansı bir yeməyi, qidanı yediyi kimi, sekslə də məşğul olmalıdır. 
Bu insanın şəxsi, individual təlabatıdir, mənəvi, fiziki istəyidir, haqqıdır. Buna görə  kiməsə qadağalar qoymaq, normativlər, qanunlar, olmazlar yaratmaq insan yaradılışına, genetikasına, sağlamlığına, şəxsiyyətinə ziddir və yaddır. 
Bütün bunları, insani-bəşəri dəyərlərin inkişaf etdiyi cəmiyyətlərdə artıq çoxdan anlayıblar.
 
İnsan bir heyvan növüdür. Yəni təbiətdəki milyonlarla canlının bir növüdür. Əksər canlıların genetikasında təkamül nəticəsində yaranan cütləşmə hissi, azad, sərbəst, olmazlarsız, tam fərdi, könüllü istəyə-zövqə bağlı proses olduğu halda, insan(şərq insanı, Azərbaycan insanı) bu ülvi hissi özündə, həyatında məhdudiyyətə, sərt çərçivəli qaydalarla idarə olunan bir standarta çevirib. 
"Filan yaşa qədər olmaz", olması üçün mütləq evlənməlisən və.s kimi normativlər, mental tabular.
Bu xüsüsən bizim cəmiyyətdə daha aktualdır və qadağalarla daha sərt şəkildə yaşamağa məcbur olan tərəf isə Azərbaycan qadınıdır.  
Çünki Şərq insanının seksual həyatını həbsə salan əsas qüvvə, əsas tərəf kişilərdir. 

Azərbaycan(Qafqaz) kişisinin namus, qeyrət anlayışı, mühafizəkar düşüncəsi, ailədə  kişisəl eqosu, kişi qadın münasibətlərində  avtoktarik hegemonluğu, fərdlərə seksist yanaşması, insanları bioloji xüsusiyyətlərə və cinsi əlamətlərə görə parçalaması bizim cəmiyyətdə seksual aclığın təməlini qoyub. 

Əgər bu iyerarxiya qadınların ixtiyarında olsaydı, cəmiyyətdə insanların hər hansı intim hisslərini yaşaması üçün nisbətən azad, sərbəst  mühit olardı (bu mənim subyektiv fikrimdir). Ümumiyyətlə, qadın istənilən mövzuda, kişidən qat - qat çox demokratik təfəkkürə sahibdir.  Əgər bir cəmiyətdə qadın söz sahibliyində, gücdə kişilərlə  ayaqlaşa bilirsə, orda seksual balans da normal olur. 
Amma bizim cəmiyyətdə kişilərin istər ailədə, istərsə toplumsal olaraq istənilən mövzuda dominant olmaları bizim bir fərd kimi (istər kişi, istər qadın) cinsi travmalı yetişməyimizə, xususən də qadınların intim istəklərinin tam olaraq kişilər tərəfindən kontrol edilməsinə gətirib cixarıb.
Misalçün 20 yaşında seks arzulayan, loru dildə desək, (üzr istəyirəm) alışıb yanan bir qız bu hisslərini yaşamaq üçün hər hansı bir oğlanla görüşərsə və onları bu vəziyyətdə  atası, qardaşları, əmisi, dayısı görərsə, o gənc qızın həyatında ölümdən tutmuş ən sərt cinayətə qədər baş verə bilər. 
Bəs seks cinayətdirmi?
Cinayət deyil əlbəttə, bu yenə deyirəm, hər bir canlının genetik xüsusiyyətidir, fiziki mənəvi qidasıdır.
Amma o qızın aid olduğu cəmiyyətin mifləri, mental qanunları ona istədiyi kimi yaşamağa imkan vermir. Həmçinin onunla görüşən oğlana da...

Bunun üçün o qız neyləməlidir? 
Tez bazar qapısına gələn ilk elçiyə "hə" deyib ərə getməlidir ki, bədənindəki bu temperamenti hər gün əzab əziyyətlə tək başına yaşamaqdan canı qurtarsın. 
Təbii ki, ona elçi gələn oğlan da həmçinin kənddə - kəsəkdə, yaxın ətrafda intim istəklərini bölüşəcək, yaşayacaq tərəf muqabili tapmadığına gorə, azad seksin olduğu mühitdə yaşamadığına görə, kollektiv mental dəyərlərin, namus qeyrət tabularının hökm sürdüyü bir cəmiyyətdə yaşadığına görə, mastrubasiyadan bezib, porno videolara, şəkillərə baxa - baxa intim travmadan zədələnib anasının "filankəsin qizi qəşəngdi, alaq sənə" evlilik təklifinə tərəddüdsüz "hə" deyir. Cünki o nə olur, olsun cütləşmək istəyir, seks istəyir.  Bunun adı da elə evlilik yox, cütləşməkdir. 
Və beləcə Azərbaycan ailəsi, cəmiyyəti qurulur . 
Əksər Azərbaycan insanı şüurlu, məntiqli şəkildə deyil və ya uzun müddət yaxından münasibətdə olub sevgi yaşadığı üçün deyil, yetkinlik yaşında bədəndə baş verən proseslərin hormonal  təsirindən  seks ehtiyaclarını ödəmək üçün kortəbii cütləşmək arzusu ilə ailə qurur.
Bu cür evlilik, bu cür münasibət Azərbaycandakı ailə institutunun təməlidir.
Və buna görə də toy gecəsi ilk toxunuşda qız artıq hamilə qalir. Əksər ailə quran cütlüklərə baxın, ilk 9 ayda qadın mütləq uşaq doğur. 
Səbəb sadədir...
Bütün uşaqlığını, gəncliyini intim aclıqda keçirən hər iki tərəf üçün toy gecəsi xəzinə tapmaq kimi bir şeydir. 
Toy gecəsi həm də Azərbaycan qadınının zorlanan anıdır (bu barədə tam ayrı məqalədə ətraflı yazaram). 

Bizim cəmiyyətdə hər iki tərəfin bir - birlərini istər intim, istər xarakter, istərsə dostluq və.s baxımından yaxından tanıması ücün bir yaşam, tanışlıq növü yoxdur. 
Misal üçün türklərdə "erkek arkadaş", "kız arkadaş", qərbdə "boyfriend" v.s kimi...

Bu tərz fərdlər cəmiyyət üçün seksual doyumlu şəxslər olur. Onlar intim aclıqdan deyil, məntiq və sevgi üzərində ailə qururlar və bu səbəbdən böyük əksəriyyətində xəyanət olmur.  
Azərbaycanda isə əksər ailələrdə intim uyğunsuzluq var. Bir - birini tanımadan, hər hansı intim yaşantı olmadan ailə quran insanlar arasında mütləq hər hansısa uyğunsuzluğun olması qaçılmazdır. 
Cünki Azərbaycan insanı ailə qurmadan öncə romantik və seksual istəkləri, zövqləri formalaşdırmaq, sınaqdan keçirmək, loru dildə desək, hissləri bişirmək, fərdi tanışlıq mərhələsini keçmir. 
Hər iki tərəf qarşısındakına qarpız kimi baxır. Kəsərkən(yani evlilikdən sonra) qırmızı da çıxa bilər ağ da...
Əksər hallarda "ağ" çıxır. Bu normal göstəricidir. Statistika deyir ki, qadın kişi münasibətləri üzərində qurulan tanışlıqların 70% - i uzun ömürlü olmur. Cünki insan xarakteri çoxşaxəlidir, mürəkkəbdir, insan mühiti fərqlidir.
Cütlüklərin bir - birini sevməsi, zövqlərin və intim hisslərin tam uyğun olması üçün 20-30% şans qalır. 
Buna görə də əksər Azərbaycan ailələrində xəyanət mütləq var, cünki birbaşa evliliyə keçən milli insanımız  70% -in içərisində olan zaman frustrasiya vəziyyətinə düşür və bunu yaşayır.  
Azərbaycan insanının illərlə xəyal etdiyi hissləri, arzuları qəza vəziyyətinə gətirən bizim qara mental evlilik standartları, yaşadığımız cəmiyyətdə  total xəyanətkarlığın və ya boşanmaların əsas mənbəyidir.
 
Şəhriyar Məhərrəmov
 
qadinkimi.com