UŞAQ / BÖYÜK
Aysel Əlizadənin qızının kitabı çıxdı Tarix : 08 İyul 2018, 16:11
Yazar : Qadinkimi.com

Bu gün yazıçı Aysel Əlizadənin 8 yaşlı qızı İzel Dadaşzadənin kitabı çıxıb. Qadinkimi.com xəbər verir ki, Aysel Əlizadə bir neçə dəfə facebook şəbəkəsində qızının nağıllarını dostları ilə paylaşaraq onların rəyini alıb. "Nağıllar xoş qarşılanırdı. Özüm də görürdüm ki, fantaziyası, bütün uşaqlarda olduğu kimi çoxqatlı dünyası var. "3 alma" adlı ilk nağılını oxuyan kimi nağılları çoxalsa kitabını çap etdirəcəyimə qərar verdim. Uşaq ədəbiyyatımızda boşluq var. Bir faydamız yoxdu balalarımıza. Onsuz da gənc nəsil özü özünə kömək edib həmişə. Dönəmin ritmi başqadı. İndi uşaqlar özləri özləri üçün ədəbiyyat yaradacaq".

Qeyd edək ki, İzel Dadaşzadə Binəqədi rayonu 276 nömrəli orta məktəbin ikinci sinif şagirdidi. Balaca yazıçının nağıllar kitabı "İzelin nağılları" adlanır. Kitabda İzelin bir neçə nağılı, özü ilə bağlı maraqlı əhvalatları yer alıb. Aysel xanım bu kitabı Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Azərbaycan uşaqları üçün nəşr etdirdiklərini deyib.