FEMİNİZM
Aysel Əlizadədən yeni kitab: QIZLAR AĞLAMAZ Tarix : 30 May 2020, 09:43

Yazıçı Aysel Aydın Əlizadə feminizm motivli yeni kitab yazıb. "Qızlar ağlamaz” adlanan kitabda cəmiyyətimizdəki "qadın problemi” yer alıb. Kitab 30 may Beynəlxalq feminizm gününə həsr olunub. Bu, Aysel Əlizadənin sayca 11-ci kitabıdı. Yazıçının dediyinə görə kitab doğulan kimi qızların salındığı qəliblərin onların bütün həyatlarına necə təsir etdiyindən bəhs edir. Publisistik stildə yazılan "Qızlar ağlamaz” tezliklə satışda olacaq.

 
qadinkimi.com