YAZI / DÜŞÜNCƏ
Aysel Ələkbərzadə yazır – “İntihar çıxış yolu deyilmiş”... Tarix : 05 Aprel 2020, 17:17
Yazar : Qadinkimi.com

Nəfəs almaq qədər gözəl bir şey yoxmuş....

Gülümsəyirəm və qırıq ayağım olsa belə özümü xoşbəxt hiss edirəm. Axı kimisə bədbəxt etməmişəm, axı günəşin bir gün mənim üçün də doğacağını bilirəm, axı keçirdiyim o ağır anlarımı adlaya bilmişəm...

Bunu yaza-yaza yadıma düşür 20 gün öncə həkim yatdığımı zənn edərək eşitmədiyimi düşünüb yanındakılara deyirdi; "ümid yoxdu, öləcək!".

 


Həmin an sadəcə gülümsədim... son dəfə yaxınlarımın üzünü görməyim üçün daha bir imkan yaradılmışdı. Bilirdim ki, öləcəm... bütün bədənim ağrıyır, su istəyirdim... daxili qanaxma ola bilər deyə su vermirdilər... həkimin qırıq ayağımı necə düzəltdiyi yadımdadır... biraz zəif ürək olsa, dözməzdi o ağrıya.... rentgen üçün məni aparanda dostlarımı gördüm... elə bilirdim öləcəyimdən xəbərləri yoxdur. Onlara gülümsədim.. sən demə onların da xəbərləri varmış. Məndən tez-tez "başın ağrıyır?” soruşurdular... amma mənim sadəcə qanadlarım ağrıyırdı...


Əslində özümü yerə atanda bir üsyan etdim... yalanlara, yalançılara, məndən istifadə edən saxta insanlara, böhtançılara, onlara əsassız inanıb bəyənənlərə... hamıya... hər şeyə bir üsyan etdim! 



Sevgilimə dedim mənə Paulo Koelonun "Veronika ölməyə qərar verir” kitabını gətirsin.... son dəfə kitab oxumaq istədim.... 

Həmin an Elinanı çox yaxşı anlayırdım.. saatlar sonra can vermişdi... mən də saatlar sonra can verəcəkdim...


Hamı sevinəcəkdi, bayram edəcəkdi... cəmi 10 nəfər saya bilərəm ki, ölümümə kədərlənərdi, məyus olardı. O qədər dərdin içində "mən axı bu insanlara nə etmişəm"?!... deyə düşünürdüm... "axı niyə mənə can düşmənlərinə belə etmədikləri təhqirləri edirdilər?”... Mən ölsəm yəqin torpaqlarımız geri qayıdacaq? Qadınlar təcavüzdən qurtulacaq? Milli "qeyrət" gerimi qayıdacaq? Namus bir mənim ölümümlə təmizlənəcək?.. 

 


Əgər belə olacaqsa, ölməyə razı idim.. Bir can qarşılığında min can qurtulacaqdısa, bunu etmək qəhrəmanlıqdı! Ancaq məni güldürən bilirsiz nə idi? Arını itirmiş, öz dostunu satan, hamıdan istifadə edən, mənə min dəfə "padxod” etmiş, prinsipsiz insanların məni söyməsi... Düşündüm ki, belə əclaflar sevinəcəksə, mən niyə ölməliyəm?! Sağalıb onlarla mübarizə aparmalıyam. Axı onlara kimsə əclaf olduqlarını deməlidir, ya yox? Və ölmədim... əvəzində mən evdə olduğum müddətdə carona virusu yayıldı... bəlkə indi yataq xəstəsi olanların nə yaşadıqlarını, dörd divar arasında qalmağın nə olduğunu anladız...

 


Qalan mövzularla isə tam sağalandan sonra məşğul olacam. Bu çətin günlərdə yanımda olan hər kəsə təşəkkür edirəm!.. İntihar çixiş yolu deyil, unutmayın, əzizlərim. Hər şeydən önəmli can sağlığıdir! Özünüzü qoruyun!

 


Bildiyimə bir daha əmin oldum; Mən yalnız yürüdüm, hürr küçələrdə! Kimsə dəstək olmadı, amma bacardım! İlk bacardığım da kiminsə məndən istifadə edib başqasına (və ya başqalarına) zərbə vura bilmədi. Bütün əzabları bu çəlimsiz çiyinlərimə götürdüm...


Aysel Ələkbərzadə

qadinkimi.com