UŞAQ / BÖYÜK
Atılmışlar üçün "süd anası" görəvinin tarixçəsi Tarix : 11 Noyabr 2019, 13:37
XX əsrin əvvəllərində fəaliyyət göstərən Bakı Xeyriyyə Cəmiyyətinin əsas vəzifələrindən biri kimsəsiz və atılmış uşaqların qayğısına qalmaq idi. Cəmiyyətə şəhər merinin həyat yoldaşı Yelena Marlınova rəhbərlik edirdi.

Şəhərin kənarında, "Şamaxınka" deyilən hissəsində yerləşən Cəmiyyət həm oğlan, həm qız uşaqları üçün sığınacağa çevrilmişdi. Hündür divarlı sığınacaqda körpəni qoymaq üçün xüsusi qutular nəzərdə tutulmuşdu.
 
Körpəni qutuya qoyduqdan sonra zəngi vurub getmək mümkün idi ki, bundan sonra sığınacağın işçiləri uşağı qutudan götürürdü. Körpələr üçün yaradılmış qapalı müəssisədə uşaqlara lazımi qayğı göstərilirdi. Körpələri süd ilə təmin etmək üçün sığınacaqda "süd analar”ı vəzifəsi də vardı. Bununla atılmış uşaqlar belə ana südündən məhrum olmurdu.
 


 
qadinkimi.com