Hələ dünyaya gəlməmiş insanın səsləri eşitməsi artıq elmi təsdiqini tapıb. Həkimlər müxtəlif müşahidələr, araşdırmalarla körpənin səsə təpki verdiyini müəyyən ediblər.
Braziliyalı ailə də bu xoşbəxtliyi yaşayıb. Flavio Dantas xanımının hamilə olduğunu bilən andan özünü dünyanın xoşbəxti sanırdı. Gələcək ata hər gün hələ ana bətnində olan körpəsi ilə söhbət edirdi. O, hər səhər işə gedərkən onunla xudahafizləşir, gələndə onunla görüşür, gün ərzində gördüyü işlərdən, maraqlı hadisələrdən söhbət açırdı. Körpənin anası Tarsila körpəsinin səslərə qarşılıq verdiyindən, hətta onların səsini ayırdığından əmin idi.
Qızı dünyaya gələndən sonra xəstəxanaya qızının görüşünə gedən ata onunla söhbətə başlayır. Atasının səsini eşidən körpənin təbəssümünə hamı heyran olur. Qızcığaz atasının səsinə təbəssümlə cavab verir. Ona görə də həkimlər ana bətnində olan körpəylə tez - tez söhbətləşməyi məsləhət görür. Onların qənaətinə görə ata - ananın səsinə alışan körpə doğulandan sonra onların yanında özünü daha rahat hiss edir.
Övladlarınızla danışın! Onlarla daim ünsiyyətdə olun!
Körpə üzündəki təbəssümdən möhtəşəm xoşbəxtlik yoxdur.
qadinkimi.com