BİŞ-DÜŞ
Asan hazırlanan çiyələkli peçenye Tarix : 14 May 2022, 13:18

Bu gün sizə çox ləzzətli və asan hazırlanan peçenye resepti təqdim etmək istəyirik. Həm də çiyələkli… Uşaqlarınız bunu çox sevəcək…

 


Ərzaqlar:


120 q kərə yağı (otaq temp. yumşaldılmış)

180 q şəkər tozu

1 ədəd yumurta

200 q un

1 x.q. qarğıdalı nişastası

1 ç.q. vanil

0.5 ç.q. qabartma tozu

Bir çimdik duz

200 q çiyələk


Hazırlanması:


1. Şəkər tozu və kərə yağı qarışdırılır. Üzərinə yumurta əlavə edilib yaxşıca qarışdırılır.

2. Un, vanil, qabartma tozu, nişasta ələkdən keçirilib əlavə olunur.

3. Qaşıq və ya spatula vasitəsilə qarışdırılır.

4. Çiyələk doğranıb əlavə olunur və qarışdırılır.

5. Xəmirdən qaşıqla soba üçün qaba qoyulur. (perqament kağızı salınmış) dondurucuda ən az 30 dəqiqə saxlanılır. 

6. 180 dərəcəli sobada 20-25 dəqiqə  bişirilir.


Nuş olsun!

 


 

Qadinkimi.com