QADIN / KİŞİ
Araşdırma: Evlilik kişilərin ömrünü uzadır, qadınların əksinə Tarix : 02 İyun 2019, 20:58
Yazar : Qadinkimi.com
İngiltərədə aparılan bir araşdırma nəticəsində evliliyin kişilərin ömrünü uzatdığı məlum olub. Qadınların isə ömrünü qısaldır. 

Londonun İqtisadiyyat Məktəbində davranış elmləri üzrə bir mütəxəssis Paul Dolanın apardığı araşdırmaya görə ən xoşbəxt və ən uzun yaşayan qrup "tək və uşaqsız qadınlar" olub. 

Dolan "Əbədi xoşbəxt və qüsursuz həyat əfsanələrindən qurtulmaq"  adlı kitabında, "Kişilərə nikahı tövsiyə edirəm, amma qadınlar üçün eyni şeyi deyə bilmərəm" yazıb. 

Bu tədqiqat evli, boşanmış və dul insanlar arasında aparılıb. Xoşbəxtliyi və üzüntüləri müqayisə edən nəticələr isə ABŞ-da məşhur olan "American Time Use Survey"  (ATUS) sorğusu ilə əldə edilib. 

Subay qadınların evli qadınlara nisbətən az stres yaşaması və daha keyfiyyətli həyat sürməsi müəyyən olunub. Bu da yenə subay qadınların evlilərə nisbətən daha sağlam və uzun ömürlü olmalarını göstərib. 

Evlilik qadınlara stress, kişilərə isə düzən, səliqə gətirir. 

Paul Dolana görə, kişilər nikahdan daha çox faydalanırlar, çünki evlilik həyatlarına düzən gətirir. Evliliyin kişilərin həyat keyfiyyətini artırdığını iddia edən Dolan, "Evli kişilər daha yaxşı bəslənir, az riskə gedir və daha çox pul qazanır" deyib.

 
Bundan əlavə, evli kişilər təklik, çarəsizlik kimi pessimist hisslərə qapılmadıqlarına görə, yaşam keyfiyyətini azaldan stress və digər psixoloji problemlərdən uzaq olurlar.

Dolan əksər evliliklərdə daha çox qadınların xəyal qırıqlığı yaşadığını deyir. Xüsusilə uşaqların doğulmasıyla yüklənən, əlavə məsuliyyət götürən qadınlar daha gərgin bir həyat sürürlər. Subay qadınlar isə özlərini inkişaf etdirir və stresslərini azaldacaq fəaliyyətlərə daha çox vaxt ayıra bilirlər. Buna görə də evli olmayan qadınlar çox da şey eləməsinlər..:)

 
 
 

qadinkimi.com