Aydınlanmanın proqressivliyi və "bu günün keçmişdən, gələcəyin bu gündən yaxşı olacağı” tezisi sağlam nəsillərin inkişafına təsir edir. Fədakar, təvazökar və itaətkar ana olan qadınlar günahkar və üsyankar Həvvadan məsum Məryəmə çevrilir.
XIX əsr Qərbdə qadınların analıqla bağlı rollarında dramatik dəyişikliklərlə özünü göstərən "ruhi inqilaba” şahidlik edir. Analıq instinkti kimi yeni dəyərlər meydana gəlir, qadınlar ana olaraq ucaldılır, burjua dəyərlərinə uyğun bir analıq idealı inkişaf edir. Davamlı çalışmaqla istehsal və sərvət artımı prinsipini özünə əsas məqsəd seçən burjuaziya içində qadınlar ana olaraq gələcəyin təşəbbüskar mirasçılarını böyüdən insan kimi qəbul edilir. Qadınların analıq rolu keçmişlə müqayisədə artıq daha genişdir. Məsələn, analıq doğurma qabiliyyəti ilə məhdudlaşdırılmır.
Ananın təhsilli, bilgili, müşahidə edən, nəzarət edən olmasına diqqət çəkilir. Aydınlanma düşüncəsi dünyəvi biliyə bağlı analıq təsəvvürünü formalaşdırır. "Yaxşı ana təhsilli anadır” fikrini sürətlə yayır. Bu halda yaxşı tərbiyəsi olmayan uşaq ananın məsuliyyətsizliyi və bacarıqsızlığının əsəri halına gəlir. Bu, yəni xristianlıqdakı günahkar uşaq missiyasından Russonun uşağın günahsız doğulması ideyasına keçid olan aydınlanmanın dünyəviləşməsi ənənədən qopmada əhəmiyyətli bir boşluq kimi qəbul edilməlidir. Çünki dünyəviləşmənin hesabı yenə qadınlara kəsilir. Daha öncə şeytan və günahkar olmağın ağır bədəlini atamərkəzli düzənə itaət və doğum sancıları ilə ödəmək məcburiyyətində buraxılan qadınların qarşısına modernizmlə birlikdə bilgili, məsuliyyətli, intizamlı və çalışqan analıq modeli çıxır. Ana nüfuz, intizam və ciddi nəzarətdən mərhəmət və sevgi dolu bir nəzarətə keçir. Yeni analıq modelini nələrin formalaşdırdığına qısa bir nəzər salaq:
İqtisadi mühakimə və nüfuz: Kapitalizm nüfuzun önəmini kəşf edir. Aydınlanmanın tərifində insan bütün zənginliklərin mənbəyi, hər şeyin mərkəzidir. Faydanın qaynağı olaraq insan nüfuzu önəmli hal alır. Bu izaha görə, dövlətlər nüfuzu qədər güclüdür və belə olan halda nüfuzu artırmaq önəmlidir. Dövlətlərin nüfuz politikaları da "daha böyük daha yaxşıdır” şüarına görə formalaşdırılır. Bu da özlüyündə doğum, analıq, baxım və təhsil fəaliyyətlərinə əhəmiyyət qazandırır.
Aydınlanma fəlsəfəsi: Fransız inqilabı klassik patriarxiyanın düzən fikrinə hücumdur. "Kralın başının kəsilməsindən” sonra hökmdar tanrının kölgəsi deyil artıq. Dövlət yox olmur, amma vətəndaşlarına xidmət üçün varlığı izah olunmalı olan bir güc olaraq qalır. Bərabərlik, azadlıq, qardaşlıq kimi müasir şüarlar patriarxiyanı yıxa bilsə də, ictimai saziş qavramı ev içinə daxil ola bilməz. Kənarda bərabərlik, azadlıq var, amma ev içində klassik patriarxiya hökm sürür. Yəni kənarda respublika olsa da, atalar evdə hələ də kraldır. Təbii və ilahi mənşəli ata iqtidarının sona çatması "ana və həyat yoldaşı” olan qadınların statusunu yüksəldir. Bu prosesdə romantik eşq və sevgi evlilikləri də bir qavram olaraq formalaşır. Qadın artıq sevilən bir həyat yoldaşı, kişinin yoldaşı mövqeyinə yüksəlir. Xöşbəxtlik axtarışı və eşq önəm qazanır. Cütlüklər bir-birilərini sevərsə, uşaqlarını (gələcəyin nüfuzunu) sevgi və qayğı ilə böyüdəcəklər, qadınlar könüllü şəkildə "uşaqlarına və evlərinə bağlanacaq” məntiqi hakim olacaq. Beləliklə, analıq məcburi verilən bir yük deyil, hər qadının çatmaq istədiyi bir mərtəbə halına gəlir. Aydınlanmanın proqressivliyi və "bu günün keçmişdən, gələcəyin bu gündən yaxşı olacağı” tezisi sağlam nəsillərin yetişdirilməsini inkişafın özü olaraq meydana çıxarır. Fədakar, təvazökar və itaətkar ana olan qadınlar günahkar və üsyankar Həvvadan məsum Məryəmə çevrilir. Aydınlanma idealından qadının payına düşən hər cür zülm və əzaba səbrlə qatlanan analıq vəzifəsidir. Orta əsrlərin şeytani və yoldan çıxaran yanaşması ilə ifritə odlarında yandırılmaqdansa, "buna da şükür” deyək.
İşçi sinfi analığı: XVIII və XIX əsrdə kübar anaların laqeydliyi qədər yoxsul anaların uşaqlarına qarşı qayğısızlığı da önəmli məsələdir! Küçələrdə böyüyən o qədər uşaq var ki, dövlət bu məsələyə qarışmaq məcburiyyətində qalır. Hətta Fransa və İngiltərədə xəstəxana qapılarına iki qapaqlı turniketlər quraşdırılır ki, qadınlar özləri görünmədən uşaqlarını qoya bilsinlər. Beləliklə, küçədə dolaba buraxılan uşaq mexanizmin döndərilməsi yolu ilə xəstəxana işçiləri tərəfindən içəri aparılır. Ağır şərtlərdə çalışan və uşaqlarına baxa bilməyən işçi analar onları xəstəxanalara və küçələrə tərk etmək məcburiyyətində qalır.
Amma dövlətin bu məsələlərə qarışması vəziyyətin ciddiliyindən əlavə, iqtisadi səbəblərlə də əlaqəlidir. Çünki kimsəsiz uşaq evlərində və xəstəxanalarda artan uşaqların baxımı dövlətə qalır. Bu vəziyyət kifayət qədər maddiyyat tələb edir. Bundan başqa, bu uşaqlar bir müddət sonra sərsəriləşərək şəhərlərdə iğtişaşlara səbəb olurlar. Uşaqlardan "dövlətin rifahına” yönələn bu təhdidlə birlikdə iqtidar bu özəl sferaya müdaxilə edir. Artıq qadınların qol gücü olaraq fabriklərdə işləməsi əvəzinə, evlərində uşaqları ilə məşğul olması dövlətlərin təhlükəsizliyi və iqtisadiyyatı baxımından daha faydalıdır. Yoxsulların uşaqlarının dövlətə yük olmasının qarşısını almaq üçün baş vurulan çarə qadınların bu sahədən geri çəkilərək uşaq baxımına yönəlmələri olur. İşçi ailələrin rəisləri olan atalara evdəki qadın və uşaqların yaşayışını təmin edə bilən ailə məbləği müəyyən edilir. Ailə məbləği kişi işçiyə özünə və ona bağlı olanlara baxması üçün verilən məbləğdir. Bu məbləğ ailə üzvlərini dolandıra biləcəyi qədər müəyyən edilir. Yəni kişinin sırf özü əmək gücünün qarşılığı deyil. Bu məbləğ kişinin həyat yoldaşı və uşaqları düşünülərək müəyyən edilir. Biz buna minimum əmək haqqı da deyə bilərik. Yəni atanın hesabına köçürülən o pul, əslində ailənin puludur. Bu ailə məbləğinin formalaşdırılmasını analıq ideologiyasının yüksəlməsi ilə birlikdə düşünmək lazımdır. Ailə məbləği və çalışma saatlarının müəyyən edilməsi işçi sinfi baxımından müsbət dəyərləndirilsə də, qadınları ərlərindən asılı hala gətirir. Məncə məhz bu məqam önəmli bir müzakirə mövzusudur. Çünki feminizm sosializmə qalib gələr, ya gəlməz mübahisəsinin qızışmasına səbəb olur. Mənim marağım dövlət vasitəsi ilə formalaşdırılan orta sinif ailənin yeni analıq ideologiyasını müəyyənləşdirməkdəki rolu olduğu üçün bu sualın müzakirəsindən yan keçirəm. Beləliklə, bu prosesin ev və iş yerini ayırdığını, məkanları və əmək növlərini də daha kəskin şəkildə cinsi müstəviyə gətirdiyini vurğulayaraq bu müzakirəyə son verək.
Elmi açıqlama: XVIII əsrdə tibb institutlaşdırılır, gigiyena aşkar edilir, pedaqogika özlüyündə bir elm kimi inkişaf edir. Artıq uşaq nə yeyəcək, ana nə qədər əmizdirəcək, nə qədər yatırdacaq, nə qədər vaxt keçirəcək kimi məsələlər vaciblik qazanır! Bu məqamda gigiyena, təmizlik, baxım və qayğını gözardı etmədən bütün bu yeniliklərlə bağlı məsuliyyətlərin qadınlara ötürülməsinə diqqət çəkmək istəyirəm. Elmi izahla birlikdə gələcək nəsillərin sağlamlığı, təhsili və insanlıqlarından analar məsul hala gəlir və görkəmli bir analıq qavramı formalaşır. Keçmişin uzun ayrılıqları artıq dözülə bilən hal alır. Çünki analar üçün uşaqlar həyatlarının mənasına dönür.
Süd analar, internat məktəbləri və monastırların dövrü başa çatır, uşaqlar evlərə və analarının yanına dönür. Birinci növbədə əmizdirmək "təbii” bir proses olduğu üçün şərəfli bir iş elan edilir. Əmizdirməyən qadın günahkar və pis ana olaraq damğalanıb…Əmizdirmənin təşvik edilməsini tənqid etdiyim düşünülməsin. Bu işin şərəf halına gəlməsi və kapitalizmin heç nəyin ziyan edilməməsi məntiqinə qarşı bir fərqlilik təklif edirəm. Bu məntiqə görə ana südü də burjuaziya əxlaqının tərkib hissəsi olaraq ən faydalı şəkildə istifadə olunmalıdır. Beşiyin ortadan qaldırılması anaların uşaqlarna daha çox vaxt ayırmasını vacib edir. Bu vəziyyət eyni zamanda motor fəaliyyətlərini də artırdığı üçün ana ilə uşaq arasında qarşılıqlı münasibəti və aralarındakı bağı gücləndirmə lehinə bir faktordur. Ananın məsuliyyəti körpəsi ilə bədənsəl təması təmin edib qayğı göstərməkdən onun paltarlarını və bədəninin gigiyenasını təmin etməyə qədər yol alar.
Milliyyyətçi baxış: Milli dövlətin təbiəti böyük beynəlxalq ordular və böyük büdcələrlə militarist yönümlü bir quruluş tələb edir. Bu quruluş mərkəzi güc və nəzarəti təmin edə bilən ideologiya ilə qurula bilər. Militarist quruluş daxilində qadınlar siyasi və ictimai sahələrdə kənarda qalırlar. Bunun əksinə onların doğum və analıqla kodlanması ön plana çıxır. Nüfuzun iqtidarlar üçün önəm qazanması, analıq və qadın bədəninin siyasətin maraq dairəsinə girməsi deməkdir. Beləliklə, bioloji istehsal və militarist ideologiyanın davamcıları olaraq qadınlar vətəndaşlığa dəvət edilir. Alman milliyyətçilərinin "Uşaq, Kilsə, Mətbəx” sloqanı, ya da Mussolininin dövlətin qəhrəmanları olaraq səsləndiyi qadınlara "ən az dörd uşaq” deməsi militarist milliyyətçi iqtidarların bədən və cinsəllik politikalarının möhkəmləndiyinə aid olan örnəklərdir və bu zehniyyətin heç də keşmişdə qaldığı deyilə bilməz. Hələ ki Türkiyədə…
Qərb dünyasında Orta əsrlərin şeytani Həvvasından məsum və ana Məryəmə keçid prosesini qısaca izah etməyə çalışdım. Bu prosesin Türkiyədə gedişatı bir az daha fərqli dinamikliklə baş verir və bunu bir sonrakı yazıya planlayıram. Fuko nüfuz elminin meydana çıxmasını biopolitikanın doğuşu ilə əlaqələndirir. XVIII əsrdən etibarən həyatın özü iqtidarın bir nəsnəsi halına gəlmişdir. Biopolitika analizində isə bədənlərin və nüfuzun nəzarəti vacibdir. Biopolitika, yəni dövlətin gücünü həyatın hər sahəsinə nüfuz etdirməsi fərqli hökmranlıq mexanizmlərinin kəsişməsində daha bəlli görünür. Bu müzakirə qadın bədəninin nəzarət altına alınmasını açıqlamaqda önəmli ola bilər.
Günümüzdə də qadınların uşaqlarından ayrılmaması və "keyfiyyətli vaxt keçirməsi” çox önəmlidir. Üst orta sinif analarının uşaqları üçün formalaşdırdıqları keyfiyyətli zamanın kəsilməsi Moldova, Gürcüstan kimi ölkələrdən gələn baxıcıların olması ilə gerçəkləşir. Buna görə də XVII və XVIII əsr süd analığı qurumunun fərqli bir örnəyinin günümüzdə də davam etməsi müzakirə mövzusu ola bilər.
DAVAM EDƏCƏK ...
Yazdı: Ceylan Akgün
Çevirdi: Xumar Hüseynova
Mənbə: gazeteduvar.com.tr
Qadinkimi.com