Altı yaşlı finlandiyalı qızcığaz Helqa Hiltunen Milad bayramı ərəfəsində tanrıya məktub yazaraq ondan 100 mark pul istəyir.
Finlandiya qanunlarına görə düzgün ünvan göstərilməyən məktubları prezidentin oxuma hüququ var.
Məktubu oxuyan Prezident Urxo Koleva Kekkonen (1958-1982) qızın arzusunu yerinə yetirmək qərarına gəlir, lakin bu yaşda bir qıza 50 markın da bəs edəcəyini düşünərək yalnız bu qədər pul göndərir. Məktuba cavab olaraq pulu isə qızın ünvanına şəxsən prezidentin maşını gətirir.
Çox keçmir ki, Helqadan yenə məktub daxil olur. Bu dəfə qızcığaz tanrıya şikayət edirdi. Helqa məktubda bildirir ki, tanrı prezident vasitəsi ilə artıq pul yollamasın, çünki prezident pulun yarısını özünə götürür.
qadinkimi.com