SƏNƏT
ADO teatrı Tbilisi küçəsində tamaşa keçirib - FOTO Tarix : 25 İyun 2019, 21:32

Ölkəmizin ilk müstəqil teatrı olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) Gürcüstanın paytaxtı, Tbilisidə, "Azadlıq" metrosunun qarşısında çıxış edib.

 

Nümayiş 23 iyun, saat 16:00-da baş tutub. Teatr bu dəfə Gürcüstana yeni hazırladığı "Gic-Daban” (Crazy-Heel) tamaşası ilə gedib. Küçə temaşasına teatrın bir neçə performansı və repertuarındakı bəzi tamaşalarından parçalar da əlavə olunub. 

 

Səfərlə bağlı ötən gün teatr Gürcüstan meriyasına rəsmi müraciət edib, müraciətdən bir neçə saat sonra meriya ADO teatrına müsbət cavab verib, eyni zamanda Gürcüstan polisinə məlumat verərək nümayiş zamanı təhlükəsizliyin təmin olunmasını istəyib. Polis nümayişə müdaxilə etməyib, təhlükəsizliyi təmin edib. Gürcü mediası teatrın küçə tamaşasını işıqlandırıb.

 

Qeyd edək ki, ADO teatrı Bakıda fəaliyyət göstərir. Eyni zamanda Azərbaycanın bölgələrinə mütəmadi səfərlər edir. Teatr beynəlxalq səfərlərə, festivallara da qatılır. ADO Fransa, Gürcüstan, Türkiyə, İtaliya, İran, Belarusiya, Ukrayna, Rumıniya, Rusiya, Böyük Britaniyada olub, digər ölkələrin artistləri ilə əməkdaşlıq da edir.

 

 

 

Qadinkimi.com