Sevimli fotonuzu seçin və onunla bağlı xatırələrinizi yazın. Bu sizin həyatınızı mənalı edəcəkdir.

Psixoloqlar həyatda məqsədin necə vacib olduğunu anlamağa başlayıblar. Həyatın mənasını qəbul edən insanlar bir qayda olaraq müvəqqəti çətinliklərin öhdəsindən daha yaxşı gəlirlər.

Araşdırmalar göstərir ki, köhnə fotolara baxmaq sizin həyatınızı əhəmiyyətli edən şeyləri sizə xatırlatmaq üçün yaxşı vasitədir. Bu istər ailə və dostlar olsun, istərsə də xeyirxahlıq və karyera. Keçmişi xatırlayaraq siz keçmişlə əlaqəni bərpa edirsiniz, bir qədər əvvəl baş verən hadisələri isə kontekstdə nəzərdən keçirirsiniz. Bu sizə günün məyusluğunu və həyəcanını bir az yumşaq şəkildə qəbul etməyə kömək edir.

Cümə: "Baxanın gözlərində möcüzə"

yol
 

Təbiətin gözəlliyinə heyran qaldığımızda biz həyatın çətinliklərinə görə daha az narahat oluruq. Rutinlər sizi yorursa, gündəlik qayğılara ilişib qalmaq və tunelin sonundakı işığı görmək asan olmayacaq.

Məhz buna görə də alimləri ən çox bizim zövq aldığımız və həyəcan keçirdiyimiz hadisələr nəticəsində yaranan müsbət təsir maraqlandırır. Bu istər ulduzlu səma mənzərəsi və ya kilsə, məscid ziyarəti olsun, fərq etməz. Genişmiqyaslı nə iləsə bağlı həyəcan hissi keçirmək bizim üfüqlərimizi genişləndirir.

Araşdırmalar göstərib ki, bu cür təcrübə insanları daha xoşbəxt və fədakar, daha səbrli və həyəcanlı edir. Hətta sizdə həyəcan yaradan hadisə barədə sadəcə öz təəssüratlarınızı yazsanız, bu sizin xeyrinizə olacaq. İdeya çatışmır? O zaman Yer üzündəki ən möhtəşəm mənzərələrin təqdim edən video çarxları izləyin.

Şənbə: "Fasilə edin, proqramı sıfırlayın"

 

Bir həftə ərzində televizordan, spirtli içkidən və şokoladdan imtina etməyə cəhd göstərin. Bu sizə gündəlik zövqlərdən daha çox həzz almağa köməklik edəcəkdir.

Müəyyən zaman keçdikdən sonra biz nə vaxtsa bizə rahatlıq gətirən bir şey üçün daha az sevinc hissi keçirdirik. Əgər siz bu hissləri yenidən keçirmək istəyirsinizsə, həzz mənbəyinizdən imtina etməyə cəhd göstərin. Məsələn sevdiyiniz yeməkdən və ya içkidən bir həftəlik imtina edin. 7 gün sonra siz "proqramınızı" sıfırladığınızı və yenidən ilk dəfə olduğu kimi sevindiyinizi görəcəksiniz. Keçən vaxt ərzində ola bilsin ki, siz həzz almaq üçün başqa yol tapmısınız, buna da güzəşt etməyə dəyməz.

Əgər sizə bir həftəlik imtina həddən artıq sərt görünərsə, sevdiyiniz işlə məşğul olan zaman psixi marağınızı sınaqdan keçirin. Belə deyək, siz bir qurtum qəhvə alarkən, dad reseptorlarının qəbul etdiyi qoxular simfoniyasına diqqət edin. Bu təcrübə gündəlik zövqləri qiymətləndirməyə kömək edəcək, stressi və narahatlığı azaldacaq.

Bazar: "Özünü günahlandırmağa son"


Biz hamımız səhv edirik. Öz günahında ilişib qalmaq yalnız yeni səhvlər etmək ehtimalını artırır. İtaliyada belə bir atalar sözü var. La lingua batte dove il dente duole - "Dil dişin ağrıdığı yeri yalayır". Bu bizim şüurumuzun keçmişdə baş verən ürək ağrıdıcı hadisələri daima xatırlamağa meylli olmasının mükəmməl təsviridir.

Təəssüf ki, psixoloqlar günah hissinin tez-tez əks təsirə gətirib çıxardığını sübut ediblər. Bu, bizi daha narahat və bədbəxt etməklə bərabər, gələcəkdə yeni uğursuzluqlara da təhrik edir. Məhz buna görə də, heç olmasa, hər gün bir - neçə dəqiqə ərzində özün barədə yaxşı düşünməlisən, bu yolla iradə gücünü möhkəmləndirərək tam xoşbəxt olmaq olar.

Mənbə: Personality and Social Psychology Bulletin

 

 

qadinkimi.com