YAZI / DÜŞÜNCƏ
Özdemir Asaf - Yaş və ya həyatdan öyrəndiklərim Tarix : 28 Noyabr 2022, 16:00
Yazar : Qadinkimi.com

5 yaşımda...


Anamla atamın bir-birilərinə qışqırmaqlarının məni nə qədər qorxutduğunu öyrəndim.


7 yaşımda…  


Əgər çay içəndə gülsəm, içdiyimin burnumdan gələcəyini öyrəndim. 


12 yaşımda...


Bir şeyin dəyərini anlamaq üçün ən yaxşı yolun ondan bir müddət uzaq qalmaq olduğunu öyrəndim.


13 yaşımda...


Anamla atamın əl-ələ tutuşması və öpüşmələrinin məni həmişə xoşbəxt etdiyini öyrəndim.


15 yaşımda...


Bəzən heyvanların qəlbimi insanlardan daha çox isitdiyini öyrəndim.


18 yaşımda…


İlk gənçlik illərimin kədər, təəccüb, iztirab və sevgidən ibarət olduğunu öyrəndim.


24 yaşımda…


Sevginin qəlbimi qıra biləcəyini, amma buna dəydiyini öyrəndim.


33 yaşımda...


Bir dost itirmənin ən kəsə yolunun ona borc pul vermək olduğunu öyrəndim.


36 yaşımda...


Önəmli olan başqalarının mənim haqqımda nə düşündükləri deyil, mənim özüm haqda nə düşündüyüm olduğunu öyrəndim.


38 yaşımda...


Həyat yoldaşımın məni hələ də sevdiyini qabda iki alma qaldığında kiçiyini seçməsindən anlamağımın mümkünlüyünü öyrəndim.


41 yaşımda... 


Bir insanın özünə olan inamının uğur əldə etməsində nə qədər əhəmiyyətli olduğunu öyrəndim.


44 yaşımda...


Anamın məni hər dəfə görəndə çox xoşbəxt olduğunu öyrəndim.


46 yaşımda...


Sadə kiçik bir zərf göndərməklə də birini sevindirə biləcəyimi öyrəndim.


49 yaşımda...


İstədiyim işi daha yaxşı etməyə çalışanda bunun yaradıcılığa çevrildiyini öyrəndim.


50 yaşında...


Əgər ailədə sevgi yoxdursa, bunu başqa yerdə mənimsəmənin çox çətin olduğunu öyrəndim.


53 yaşımda...


İnsanların mənimlə icazə verdiyim şəkildə davrandıqlarını öyrəndim.


55 yaşımda...


Kiçik qərarları ağlımla, böyük qərarları isə qəlbimlə almalı olduğumu öyrəndim.


64 yaşımda...


Xoşbəxtliyin parfümeriya kimi olduğunu, özümdə olmadan başqalarına verə bilməyəcəyimi öyrəndim.


70 yaşımda…


Mehriban və qayğıkeş olmağın mükəmməl olmaqdan daha yaxşı olduğunu öyrəndim.


82 yaşımda...


Ağrılar içində qıvrılsam da başqalarına baş ağrısı verməməli olduğumu öyrəndim.


90 yaşımda...


Kiminlə evlənəcəyin qərarının həyatta verilən ən önəmli qərar olduğunu öyrəndim.


95 yaşımda...


Öyrənməli hələ çox şey olduğunu öyrəndim. Dünən səhərə yaxın özümlə söhbətləşdim. Mən hər zaman sonu özümə çıxan bir yoxuş oldum. Yoxuşun başında bir düşmən vardı. Onu vurmağa getdim, özümlə vuruşdum...

 

 


Özdemir Asaf

Çevirdi: Xumar Hüseynova

Qadinkimi.com