Sizin üçün tərcümə etdim
Tarix : 16 Noyabr 2025, 23:07 1. Zövqünə pul xərcləməyə xəsislik etmə.
2. Xoşuna gəlir? Söylə.
3. Aydın deyilsə soruş.
4. Görmək istəyirsən? Dəvət et.
5. Nəsə istəyirsən? İstə.
6. Çalış mübahisə etmə.
7. Anlaşılan olmaq istəyirsən, izah et.
8. Hara getsən, ürəkdən get.
9. Günahın varsa dərhal etiraf et və bəraət axtarma.
10. Hər kəsin öz həqiqəti var - sənlə üst-üstə düşməyə bilər.
11. Axmaqlarla ünsiyyətdən qaç.
12. Həyatda ən önəmlisi sevgidi - qalanı vurnuxma.
13. Problem insanın öz başının içindədi.
14. Əhatələndiyin dünya nə xeyirxahdı, nə bədxah. Sənin varlığın onun vecinə də deyil.
15. Hər hadisənin içində zövq tap.
16. Həmişə xatırla - başqa həyatın olmayacaq.
17. Zəhlətökən olma.
18. Heç kimə heç nə borclu deyilsən - Heç kim də sənə borclu deyil - öhdəlik başqadı.
19. Həmişə özünə arxalan.
20. Verilən sözə yox, hiss etdiyinə inan.
21. Qadınlarla uşaqla olduğu kimi təmkinli davran və mədəni ol.
22. Qadınlara yaşamaq daha çətindi - nəzərə al.
23. Keyfin yoxdursa fikirləş ki, öləndən sonra bu da olmayacaq.
24. Bil - Bu, həyatının ən gözəl günüdür.