SƏNƏT
Bütöv Azərbaycan bədii təfəkküründə Şuşa Tarix : 21 Sentyabr 2023, 20:57


AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Güney Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Esmira Fuadın tərtibçiliyi ilə "Bütöv Azərbaycan bədii təfəkküründə Şuşa” antalogiyası çap olunub. "Salam Şuşam, Uluyurdum mənim...” adlı ön söz də Esmira Fuada məxsusdur. Kitab Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2022-ci il tarixli Sərəncamına uyğun olaraq ərsəyə gətirilib.

AYB-nin "Natəvan” klubunda elm və söz adamları Rəşad Məcid, Asif Rüstəmli, Xəyal Rza, Şövkət Zərrin, Kamalə Abiyeva, Ağacəfər Həsənli, Mənzər Niyarlı, Nazim

Məmmədli, Akif Əhmədgil və başqalarının iştirakı ilə kitabın təqdimatı keçirilib. Çıxış edənlər kitabın qələbəmizə, ədəbiyyatımıza dəyərli töhvə olduğunu vurğulayıb. Esmira xanımın zəngin bədii və elmi yaradıcılığının əhəmiyyətini qeyd ediblər. Qeyd olunub ki, hər kəs xalqı üçün, dövlətimiz, vətənin bütövlüyü üçün əlindən gələni etməlidir. Əgər ordumuz –mərd oğullarımız əlində silah dövlətimizi qoruyursa, Esmira xanım kimi elm və söz fədailəri qələmi ilə mübarizə aparır.

Bir 4 nəfər və dərs oxuyan insanlar şəkili ola bilər Bir 6 nəfər şəkili ola bilər


Tədbirin aparıcısı tənqidçi, filoloq Əsəd Cahangirin sözləri ilə desək "Vətənpərvər fədakarlığının canlı təcəssümü, fədakar, namuslu və yorulmaz elm adamı olan Esmira xanımı tədbirdə olan və olmayan, amma eyni duyğularla yaşayan dostlar tərəfindən qutlayır, gələcək fəaliyyətində ona daha böyük uğurlar diləyirik. Möhtərəm ablamın vətənpərvəlik örnəyi olan elmi fəaliyyəti dediklərimizdən daha yüksək qiymətə layiqdir!

Kitab Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə işıq üzü görüb. Kitabın məzmunu Ədəbi Turan Kitab Fondu İctimai Birliyinin cavabdehliyindədir. Nəşrin elmi redaktoru Xanım İsmayılqızı, redaktoru Mina Rəşiddir. Tərcümə və transliterasiya filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva və Nərmin Kərimovadır. Rəyçiləri Rəsul Qədiri və Fikrət Süleymanoğlu, dizayneri Ellada Səfərəliyevadır. Kitabda klassik Azərbaycan şairləri ilə birgə, Cənubi Azərbaycandan olan yazarların da əsərləri yer alıb.

 

 

 

 

qadinkimi.com 

Gülnar Səma.