Ayselin dediklərindən... Tarix : 06 May 2020, 01:35
Yazar : Aysel Əlizadə
* Mən günahı olmayan körpələrlə vətən - vətən oynamaq istəmirəm.
 

* İnsanların səsləri yetəcəyi adamlara ehtiyacı var.

 
* Ailə yalnız mənəvi hadisə deyil, adət deyil. Sosial hadisədir.

 
* Əsas problem problemin özü deyil, onu yaradan səbəblərdi. Bizim işimiz bu səbələri yox etməyə çalışmaqdır.

 
* Bir-birinin sərhəddini keçməyən adamların cəmiyyəti düzənli olur.

 
* Ana və qadın olmaqdan savayı həm də kimsə ola bilərsən.

 
* Ən sadə seçimlər ən böyük sonuclara gətirib çıxarır.

 
* Azərbaycan və Biz ayrı-ayrı məfhumlar deyil.

 
* Bir var lider toplumu qabağına qatıb aparır, bir də var arxasınca gedirsən.

 
* Qanun insanın haqqı, yemək onun yaşamasıdır.

 
 
AYSEL ƏLİZADƏ
qadinkimi.com