SEVGİ
18 gün komada qalan əsgər Tarix : 22 Noyabr 2020, 18:32

Yaralı olduğu halda əsgər yoldaşlarının həyatını xilas edən və 18 gün komada qalan qubalı qazimiz evinə -doğma Qubaya dönüb. Onun dönüşü  əsl bayram ab-havası yaradıb.

Böyükdən-kiçiyə hər kəs əsgərin evi qarşısında onu qarşılayıb.

Səkkiz ildir vətənə qulluq edən gizir Zeynal Fərzəliyevin əsas vəzifəsi yaralı əsgərlərimizə tibbi yardım göstərmək olub.

Ordumuzun şücaətindən danışan qazi deyir ki, bir çox əsgər yoldaşları ağır yaralansa da, döyüş meydanını tərk etmirdilər. "Biz bilirdik ki, Vətən uğrunda döyüşürük". Füzuli uğrunda gedən döyüşlərdə Zeynalın özü də yaralanıb. Buna baxmayaraq, yaralı əsgər yoldaşlarına yardım edib, huşunu itirənə qədəronların həyatını xilas etməyi bacarıb. Özü isə 18 gün komada qalıb.

Z.Fərzəliyev qeyd edib ki, yaralarını sarıdığı, yardım etdiyi yoldaşlarından heç biri dünyasını dəyişməyib.

 

 


Zeynalın valideynləri bu haqq savaşında övladlarının da payı olduğundan qürur duyur. 
"Bu qələbə bizim milli birliyimizin, iradəmizin, vətən sevgimizin qələbəsidir". Bu da atanın sözləridir.
 
 
 
qadinkimi.az