SƏNƏT, BİLİM / DİN, SEVGİ
Erosla Psixeyanın eşq hekayəsi, sevgi və ehtirasdan yaranan elm Tarix : 31 İyul 2022, 19:53


Bir gün Afrodita ölümlü bir qızın gözəlliyini görüb paxıllıqdan alovlanır. Qızın adı Psixeya olur.


Qədim tanrılar özlərini mənəviyyat mövzuları ilə yükləmirdilər. Afrodita oğlu Erosu ( sevgi və seks ilahı) ən gözəl anadan daha gözəl olmağa cəsarət edən qızı cəzalandırmağa göndərir.


Cəza planına görə Eros qızıl oxunu Psixeyanın ürəyinə vurmalı idi. Nəticədə Psixeya "şəri sevmək...” prinsipinə tutulacaq, ən dözülməz, iyrənc kişini tapıb ona aşiq olacaqdı.


Plan bəlli idi, amma bir şey səhv oldu. Eros Psixeyanı görən kimi qarşısıalınmaz şəkildə ona vuruldu. Və anasından gizli uzun bir romantika başladı. 


Bu eşq macərası müəyyən mənada Erosun sirri ilə davam edirdi. Eros şərt kəsmişdi ki, Psixeya heç vaxt onun bədənini işıqda görməyəcək. 


O, yalnız gecələr, tam qaranlığa bürünərək gələrdi. 


Sevgililər gizli nikah kəsdirdilər. Psixeya isə sevimli ərini tam görə bilmirdi.

Qaranlıq gecələrdə bədənlər bir-birinə qovuşur, sevgi çayı axırdı.


Amma məhəbbət çayı qurumağa və ya yeraltı sulara axmağa meyllidir (bizim hansımız bu travma ilə tanış deyilik?) Bir gün Psixeyanın bacıları gəlib Erosun iyrənc bir niyyəti olduğuna onu inandırırlar.


Psixeya sevgi çayında boğulduğunu, nəfəsinin daraldığını hiss edir. Qisas üçün Erosla növbəti görüş üçün lampa və bıçaq hazırlayır.


Eros gəlir, hər şeydən xəbərsizcə sevdiyi qadını ağuşuna alıb eşq dəryasında zövqlə üzür və yuxuya gedir. Psixeya əlinə bıçaq alaraq çırağı yandırır və elə həmin an donub qalır, sevgilisinin bədəninin gözəlliyi onu heyran edir. 

İçəridəki vaxt dayanır, amma dünyadakı vaxt gözləmir. Çırağın mumu axıb gedir və Erosun bədəninə damcılayır.


Başqa halda bəlkə də bu, tarixdə ilk mum tamaşası ola bilərdi, amma həmin anda xəyanət dramı geri dönməz şəkildə yaşanır. Xəyanətin emosional ağrısı bədəni isti mum damcıları ilə yandırır. Oyanmış Eros yaralarını sağaltmaq üçün anasının yanına uçur.

Sonra çox şey yaşanır, Psixeya "Aid”-ə (qədim yunanların cəhənnəmi), dəhşət və depressiyanın ən dibinə enməyə və orada bir sıra ölümcül tapşırıqları yerinə yetirməyə məcbur edilir. 


Amma hekayə xoşbəxt sonla bitir, ayrılan, sınaqdan çıxan sevgililər yenidən birləşir. Onların həzz ilahəsi Volupia adlı bir qızı doğulur. Hətta bacılar cəzalandırılır.


1590-cı ildə filosof Rudolf Goklenius yenidən Psixeyanı Loqos ilə birləşdirir. Yunanca "psyche" (ruh) sözünü "logos" (məna) sözü ilə birləşdirərək psixologiya anlayışını (ruhun öyrənilməsi) yaradır.


Şəkildə: Gustav Vigeland, Eros və Psyche, 1908

Başlıqdakı əsər: Louis-Jean-François Lagrenée ”Amor and Psyche” 

qadinkimi.com