Şəbnəm Zeynalova

Modelyer - dizayner

Şəbnəm xanımın çox maraqlı tarixçəsi var. Uşaqlıqdan cürbəcür geyimlərdə qız şəkilləri çəkərdi. Modelyer olmağı arzulayardı. Gördüyü bütün gəlinciklərə əlinə keçən parçadan geyim tikərdi. Ailəsi isə onun maliyyəçi olmasını istəyirdi. Beləliklə, Şəbnəm öz arzusuna qarşı Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olur. Oranı uğurla bitirir. Heç vaxt bu sahə üzrə işləmir. Ailə qurur, iki oğul anası olur. İçindəki arzunu isə bir kənara ata bilmir. Ara-sıra eskizlər çəkir, ətrafda tanış-bilişə ev dizaynerliyində, geyim seçməkdə kömək edir. Zamanla modelyer xanım fərdi müəllimlə məşğul olmağa, online treninqlərə qatılmağa, internet üzərindən ödənişli dərslər almağa başlayır. Sonunda öz moda evini açır. Şəbnəm Zeynallı ölkəmizdə dəfələrlə moda sərgisi keçirib. Öz işəri ilə ölkəni dünyada təmsil etməyi planlaşdırır. Özəlliyi çoxdu. Çox danışmaz. Üzündə həmişə narazı ifadə olsa da, yumoru yaxşıdı. Nə kumiri var, nə əlləşdiyi sual, nə də pis cəhəti. Elə bir yaxşı cəhəti var, o da feminist olmasıdı.