SEVGİ, QADIN / KİŞİ
Özümə məktub: İndi nə desəm gec... Tarix : 01 Oktyabr 2020, 02:10

Mən hər gun məktub yazıram. Hər gün. Hamısını da belə başlayıram: Salam, necəsən?..

Sonra öz özümə "yaxşıyam” deyirəm.

Yaxşıyammı? Mən bu suala səmimi cavab vermirəm. Mən özümlə səmimi ola bilmirəm. Mən səmimi ola bilmirəm. Mən özümlə səmimi olanda, dürüst olanda çətin olur...”Yaxşıyam” deyə bilmirəm. Mən sadəcə "yaxşı” görünməyə çalışıram.

Mən hər gun yazdıgım məktublarıma cavab gözləyirəm... Amma o məktublara hec vaxt cavab gəlmir və heç kim də məndən soruşmur "sən necəsən?”...

Mən yalandan gözləyirəm. Mən özümü aldadıram. Mənim o məktublarıma hec vaxt cavab gəlməyəcək.... Əslində o məktublar danışır. Səsi - cavabı ürəyimdədi...

Tənha qadın məktub yazır özünə.

Tənha qadın... Sən özün özünlə danışırsan. Sən özun özunə məktublar yazırsan...

Bir də tənha qadın məktub yazır ünvansız və cavabsız. O məktubların cavabını yenə özu uydurur...

Uydurduğuna inanır anidən. Ani də olsa, uydurma da olsa sevinc yaşayır.

Özü özünə məktub yazmaga məhkum tənha qadın... Yazdığın o məktublar sənin xəyalların, sənin xəyala dönən arzularındı. Sənin yaşamadığın, yaşamaq istədiyin həyat hekayəndi. Ağrıların, acılarındı. Yanından ötdüyün xoşbəxtliyindi. "Kaşki”lərlə dolu yaşadığındı. Onu yazanda sən, oxuyanda sən...

Düşüncələri ilə dedikləri, yaşadıqları ilə xəyal etdikləri dolam – dolaşıq Qadın...

Bax, beləcə özün özünlə qalırsan. Özünlə məktublaşırsan. Məktublarındakı hər səhifə, hər söz sənin əmanət omrünün anlarıdı...

 

Bu gün fərqinə varmadığın, həyatındakı bir hadisə sabah bir xatirədi. Ömür belə keçir. Ömrümüzün unudulmayan anlarını yaşadığımız günlər də olur. Sadəcə biz bunu anında dərk etmirik.. Bəlkə yaxında-yanında olanı görmək olmur...Onu görmək üçün, dərk etmək üçün sabah lazım olur....... Sabahı gözləyəndə gec olmurmu???

İndi nədesəm gec... PEŞMAN, SABAH desəm gec....

Bütün sabahlar gec...Bütün sabahlar peşman...

Bax, belə bütün doğmaların, dostların arasında tənhalığına sığınıb yaşayar. Hər gün məktub yazar özünə...

 


Məktublarınızın cavabsız qalmaması arzusuyla

Turə, Akstafa

 

 

qadinkimi.com