BURA / ORA
Mona Liza satılmır Tarix : 21 May 2020, 20:39

Trendin məlumatına görə 

 

  Bir qrup amerikalı biotibb və nevrologiya mütəxəssisi zədələnmiş sinir hüceyrələrinin bərpası üsulunu tapıb.

 Kolorado Universitetinin alimləri müəyyən edib ki, regenerasiya prosesini motorika vasitəsilə stimullaşdırmaq mümkündür.

Müşahidələr nəticəsində məlum olub ki, sağlam nevroloji funksiyaları təmin edən oliqodendrosit hüceyrəsi yeni mielin təbəqələri yaratmaqla sinir toxumasını bərpa edə bilir.

Bu, dağınıq sklerozdan əziyyət çəkən siçanlar üzərində təcrübə zamanı təsdiqlənib. Belə ki, siçanlarda bəzi davranış hərəkətlərindən sonra sinir sistemi bərpa olunub.

Alimlər hesab edir ki, bu kəşf müxtəlif zədələr və insultun ağır nevroloji fəsadları nəticəsində əlil olan şəxslərə kömək edəcək.



 

 


 

 Bir qrup ABŞ alimi isə insan ömrünü təxminən yarıbayarı uzada biləcək kəşf etmişlər. Eyni zamanda, onlar insanın alnına yazılmış ömrün uzunluğunu müəyyənləşdirməyə imkan verən metodika da tapıblar.


Bu kəşf əsasında yeni dərmanların, habelə "uzunömürlülük pəhrizi”nin yaradılacağı gözlənilir.


 

 

                                                   *****


 

Fransalı iş adamı Luvr muzeyinə "Mona Liza” əsərini 50 milyard avroya satmağı təklif edib.

İş adamı bu məbləğlə pandemiyanın səbəb olduğu iqtisadi böhranın öhdəsindən gəlməyin mümkün olacağını bildirib.


Luvr muzeyinin rəhbərliyi isə rəsm əsərinin satılmasının mümkün olmadığını vurğulayıb:


"Milli fransız kolleksiyaları dövlətdən ayrılmazdır və onları satmaq mümkün deyil”.


Qeyd edək ki, "Mona Liza” italiyalı rəssam Leonardo da Vinçi tərəfindən 1503-1505-ci illər arasında çəkilib. Rəsm əsəri 1793-cü ildən Luvrda saxlanılır.

 

qadinkimi.com