UŞAQ / BÖYÜK
Uşaq psixologiyası və biz Tarix : 25 Mart 2021, 00:32

Uşaq psixologiyası psixologiyanın ən çox öyrənilən sahələrindən biridir. Psixologiyanın bu qolu, prenatal dövürdən yetkinlik yaşına qədər olan müddətdə zehnin inkişafı və davranışları öyrənir. Uşaq psixologiyası təkcə uşaqların necə böyüdükləri ilə deyil, həm də onların zehni, emosional və sosial inkişafı əhatə edir.

Bir çoxları düşünür ki, uşağın necə böyüməsi və inkişaf etməsi onun genetikasından və daxili xarakterindən asılıdır. Lakin, uşaq inkişafı təkcə onun daxilindən gəlmir, həmçinin ətraf mühit faktoru da – sosial münasibətlər, mədəniyyət – çox əhəmiyyətli rola malikdir. Uşaq psixologiyasının təhlili zamanı nəzərə almalı olduğumuz üç əsas kontekst var.

 
 
Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə Fəaliyyət Planı 2020-2025-ci illərdə gücləndiriləcək

 
 
MƏDƏNİYYƏT
 

 

Bir uşağın yaşadığı mədəniyyət, onun ömrü boyu inkişafına təsir göstərəcək dəyərlər, adətlər, ortaq fərziyyələr və həyat tərzlərini ilə müəyyənləşir . Mədəniyyət uşaqların valideynlərinə necə münasibət göstərmələrini, aldıqları təhsil növünü və uşağa qayğı sistemini müəyyən edir.

 
 
 
 SOSİAL

Böyüklər və həmyaşıdları ilə münasibət uşaqların düşüncə tərzinə, öyrənməsinə və inkişafına təsir edir. Ailə, məktəb və həmyaşıdlar qrupu sosial kontekstin əsas parçasıdır.

 


SOSİAL-İQTİSADİ
 

Sosial sinif də həmçinin uşaq inkişafında böyük rol oynayır. Sosial-iqtisadi status insanların neçə təhsil alması, nə qədər pul qazanması, hansı işdə işləməsi və harada yaşaması kimi bir çox faktora əsaslanır. Yüksək sosial-iqtisadi statusa malik ailələrdə böyüyən uşaqlar üçün imkanlar daha əlçatan olduğu halda, nisbətən aşağı sosial-iqtisadi statusa malik ailələrdə uşaqların səhiyyə, keyfiyyətli qida və təhsil kimi imkanlara çıxışı daha az olur. Yadda saxlamaq lazımdır ki, bu kontekslər bir-biri ilə sıx əlaqəlidir. Məsələn, uşaq sosial-iqtisadi vəziyyətə görə bir çox imkanlardan məhrum olsa da, zəngin sosial münasibətlər və mədəniyyət konteksti bu qeyri-bərabərliyi aradan qaldırmağa kömək edəcək.

 

 

 

 


 

Uşaq inkişafına nələrin təsir etdiyini başa düşmək çox böyük bir vəzifədir, buna görə də uşaq psixologiyasının öyrənilməsi həm geniş, həm də dərindir. Məqsəd, uşaqları formalaşdıran, bir-biri ilə əlaqəli olan təsirləri öyrənmək və bu informasiyanı valideynlik bacarıqları, təhsil, uşaq qayğısı, psixoterapiya və uşaqların faydalanacağı bir çox sahəni təkmilləşdirməkdən ibarətdir. Valideynlər və uşaqlarla işləyən mütəxəssislər onların necə böyüməsi, düşünməsi və davranması mövzusunda əsaslı biliyə sahib olduqda, uşaqlara kömək etmək üçün daha hazırlıqlı olurlar.

 


 

 

MƏNBƏ: VERYWELLMİND

Tərcümə: Sovqat Əzimova