BURA / ORA
RESPUBLİKANIN ALİMLƏRƏ EHTİYACI YOXDUR Tarix : 23 Sentyabr 2019, 21:59
Yazar : Qadinkimi.com
Müasir kimyanın banilərindən biri də Antuan Lavuazye olub. Onun 1766-cı ildə Paris küçələrini işıqlandırması ilə bağlı olan ideyası Akademiya tərəfində qızıl medalla təltif olunub. O.Fransanın coğrafi xəritəsini tərtib edən ilk şəxsdir. Havanın kimyəvi tərkibini müəyyən edib, ilk kimiya dərsliyi yazıb...

Sonra o " İcarədarlar şirkəti" adlı təşkilata qoşulur və çoxlu gəlir əldə edir. Pulunun böyük hissəsini elmə, təcürbələrinə həsr edir. Bu təşkilatın işi dövləti qane etmədiyi üçün, qondarma iddialarla onun bütün üzvlərini, eləcə də Lavuazeni həbs edirlər. Deputat Burdon da öz çıxışında höküməti təşkilatın heç bir üzvünə güzəşt etməməyə çağırıb. 

Lavuazyenin gilyotin cəzasına məhkum ediblər. Onun edamı zamanı sədr tribunadan elan edib :" Respublikanın alimlərə ehtiyacı yoxdur!"
 Edamdan öncə Lavuazye  riyaziyatçı dostu Jozef Lui Laqranja  deyir:
-Başım səbətə düşəndə gözlərimə bax. Gözlərimi iki dəfə qırpsam, deməli insanın başı kəsildikdən bir neçə saniyə sonra da beyin düşünməyə davam edir ...
Lavuazyenin başı kəsilən kimi səbətə düşər və gülümsünərək iki dəfə göz qırpar...

Dostu Laqranj bu hadisəylə bağlı deyir:
"Lavuazyenin son saniyəsindəki elmi arayışı əsrlərlə elmə işıq tutacaq. Amma qanmazlar əsrlərcə sürünəcək və insanlığı da qaranlığa sürüyəcəklər."
Bu hadisə Dostoyevskinin "İdiot" əsərində də öz əksini tapıb. 


Şahnaz Kamal
Qadinkimi.com