YAZI / DÜŞÜNCƏ, HƏR ŞEY / HEÇ NƏ
Perulu hakimlər milyarderləri ittiham edir Tarix : 12 Yanvar 2021, 15:36

Perunun Ali Apellyasiya məhkəməsinin hakimləri Çinçi və Pisko  milyarderlər - Bill Qeytsi, Corc Sorosu və Steven Rokfelleri koronavirus pandemiyasını yaratmaqda ittiham edirlər. Bu barədə məhkəmənin qərarına istinadən RİA Novosti məlumat yayıb.

Hakimlər təsdiq edirlər ki, " dünyada hökmranlıq edən kriminal elitanın yaratdığı COVİD-19 pandemiyası ölkənin cinayət kodeksini iflic vəziyyətinə salıb. Hakilərin fikirinncə onlar demək olar ki, bütün dünya plkələrinin, hökumətlərinn fəaliyyətini iflic ediblər."

 


"Belə ki, yeni dünya düzümünü hazırlayan, öz ətraflarında qlobal korporasiyalar yaradan, 2030-cu ilədək tam məxvi proqramlarını həyata keçirmək istəyən  Bill Qeyts, Soros, Rokfeller və dünyanı idarə edən digərlərindən başqa, dünyada heç bir hökumət, fiziki və hüquqi şəxs, günahkarları müdafiə edənlər  pandemiyanın hansı nəticələrə gətirib çıxaracağı barədə heç nə bilmirlər"- deyə ittiham aktında bildirilir.

Milyarderlərə qarşı pandemiya yaratmaqları ilə bağlı ittiham, zorlama ilə bağlı aparılan cinayət işinin istintaq müddətinin uzadılması ilə əlaqədar hazırlanan qərarda öz əksini tapıb.

Radio Sputnik daha əvvəl yaydığl məlumatda,   Bill Qeytsin COVİD-19 pandemiya vəziyyətinin dünyaya yaxşı heç nə verməyəcəyi, müsbət heç nə görmədiyi fikri bildirilmişdi.

 


Rüstəm Hacıyev

 

 

 

 

 

 

 

 

 

qadinkimi.com