YAZI / DÜŞÜNCƏ, QADIN / KİŞİ
Oxucumuz yazır: Bütün günahları bağışlayandı Qadın Tarix : 27 Avqust 2020, 09:43

 


Qadın kimdir

 

Qaya kimi möhkəm, çiçək ləçəyi kimi incə, dəniz fırtınası kimi coşqun, ən böyük çətinliklərə dözən, ancaq bir həzin musiqidən, bir xoş sözdən kövrələndi Qadın.

Qaranı da sevər… Gecənin qaranlığını özünə sirr yoldaşı edər, səhərəcən onunla pıçıldaşar, dərdlərini bölüşər. Bu qaranlıqda xəyal dünyası qurandı qadın… Öz xəyal dünyasında xoşbəxtlərin xoşbəxti olan, hər şeyi unudub ”həyat nə gözəldir” deməyi və səhər xoruz banı ilə xoşbəxt xəyal dünyasından ayrılıb, "həyat nə çətindi” deyib qayğılı günlərinə yenidən qayıtmağı bacarandı Qadın…

Özü özüylə danışan, öz özündən küsən, öz özüylə barışandı Qadın.


Özünü qınayan, "günah məndədi” deyib bütün günahkarları, günahları bağışlayandı qadın...
Bir ömür payında iki insan yaşadandı: Gah bir – biri ilə dost olan, gah da bir – birini başa düşməyən hamının gördüyü və hamıdan gizlədiyi özü.

Özünü daim sorğu –suala çəkəndi. Cavabsız suallar arasında öz tənhalığı ilə baş – başa qalan, heç özü də özündən baş açmayandı Qadın...

Bəzən o qədər aciz görünər ki...Bəzən elə çarəsizcə qalar ki... Susar, susduqca içindəki təlatümlərlə baş – başa qalmağı, amma həyatın bütün çətinliklərinə sinə gərən, ən ağır həyat yükünü daşımağı bacarandı Qadın.

 

 Sonu görünməyən suların ucsuz-bucaqsız sahilləri – Hallelujah ????

 


Dünyanın dünya boyda dərdini qəlbiylə çəkə bilən, kədərlərin savaşına dözən, amma kədəri ovuda-ovuda sığallayıb sevinc edəndi Qadın.

Bu dünyada bu dünyayla çarpışan, vuruşan, amma bir küncə qısılıb öz həyatını yaşayandı Qadın. Özü boyda dünyasına sığmayan, bir ürəyə sığan, bir ələ möhtac, bir çiçəyə xoşbəxt olandı qadın...

 
Xoşbəxt Qadının qurduğu dünya xoşbəxtdi.

Turə, Akstafa
 
 
qadinkimi.com