QADIN / KİŞİ
Namus hesab edilən orqan - Hebe yazır Tarix : 29 Noyabr 2022, 11:07
Yazar : Qadinkimi.com
Salam Azərbaycan. Bu gün  uşaqlıq yolu və ya digər adı ilə desək, vajina haqqında danışacam. 
Şəkildə güllərlə örtülü yerdə qadının xarici cinsiyyət orqanları yer almaqdadır.  "Namus" hesab edilən orqan. İlk cinsi əlaqə zamanı mütləq şəkildə qanaması lazım olan orqan. Qızlıq pərdəsindən danışıram. Oğlanların "evlənənə qədər bir çox qızla yatım - durum, ancaq evlənəcəyim qız bakirə olsun” deyərək "görən qanayacaq, yoxsa yox” dərdində olduqları orqan var ha, bax ondan danışıram. Bəzən elastik olur və yırtılmır, bəzən heç olmaya bilir (olmayan şey də yırtıla bilmədiyi üçün dörd gözlə gözlədiyiniz o qanama olmur). Bir variant da odur ki, kişi orqanı kiçik ola bilir, bəzən qızlıq pərdəsini
yırtmır.   Həyatda hər şey mümkündür...
 
Cəmiyyətin bütün əxlaqi dəyərləri sığdırmağa çalışdığı o uşaqlıq yolu və "qızlıq pərdəsi" əslində, ana bətnindəki körpənin nəslini davam etdirə bilməsi üçün təbii bir qoruma mexanizmidir. Xarici mühitdəki mikroorqanizmlərin qadın orqanizminə düşməsinin qarşısını alır.  Əgər qızlıq pərdəsi olmasaydı, sidik və nəcisini qaçıran, ya da bilmədən barmağını uşaqlıq yoluna salan bir qız uşağının uşaqlıq yoluna düşən  mikroblar sürətlə bədənə yayılar  və həmin uşaqlar yeniyetməlik çağına belə çatmadan ölərdilər. Məsələ bu qədər sadə və tibbidi. 

Uşaqlıq yolu və qızlıq pərdəsi qız uşağını körpəlikdən mikroblardan qoruyur. Çünki onun cinsi orqanı açıqdı və hətta hava ilə təmasdan istənilən infeksiyanı tuta bilər. Bəzən hətta ekoloji problemlər elə güclü ola bilir ki, qızlıq pərdəsi də qadını qoruya bilmir və o, hamiləlik dönəmində və ya ana olmağa hazırlaşarkən ciddi problemlər yaşayır.  El arasında əxlaq, abır və s. kimi  bilgisizliyin nəticəsi olan qənaətlərin əslində, daha ciddi və elmi əsasları var. Namus isə özü-özlüyündə ayrıca mövzudu.  Mənim düşüncəmə görə hər kəs öz namusuna özü cavabdehdir. Məsələn, uşağa təcavüz edənlə, bu təcavüzlərə səs çıxarmayan cəmiyyət arasında namus fərqi görmürəm. Bu problemə  "bir dəfədən heçnə olmaz"  deyən hamıya  namussuz kimi baxıram. Qısa ətək geyən hamını fahişə hesab etmirəm, onların hamıyla yatıb-durduğunu zənn etmirəm, hicablı hərkəsi əxlaqlı hesab etmirəm... 

Yenidən uşaqlıq yolu və qızlıq pərdəsi məsələsinə qayıdaq. Qızlıq pərdəsinə verdiyimiz önəmi uşaq inkişafı və beyin inkişafına vermiş olsaydıq,  indi bu geridə qalmış düşüncənin nə qədər mənasız və cahilcə olmağını deyil, elm və texnologiyadakı yenilikləri müzakirə edərdik.  Uğruna cinayətlər törədilən kiçik bir ət parçası bu qədər məna kəsb etməzdi. Namus qadının ayaqları arasında axtarılmazdı. Namus bilirsiz nədi? Namus qadın bədəninə hörmətlə yanaşmaqdır. Uşaqlara qarşı cinsi istək hiss etməməkdir. Açıq geyimdəki hər qadını fahişə hesab etməməkdir. Namussuzluq axtarırsızsa, aynaya baxa bilərsiz. Nə görürsüz? Beyninizdəki bütün çirkinliklər namussuzluqdu. Evdə həyat yoldaşı ilə kobud danışıb, onu döyüb təhqir edən, ancaq fahişələrə yüksək səviyyədə hörmət edən bir fahiş görən kişilər də var. Elə deyilmi? 

Bir şey maraqlıdır:
Əgər həyat yoldaşınızın ilk kişisi olmaq, özünü sizə saxlamasını istəyirsizsə, bəs siz, özünüzü həyat yoldaşınıza saxlayırsınızmı? Həyat yoldaşınız sizin ilkinizdirmi?

Bir-birini sevən 2 insan peşmanlıq və günahkarlıq hiss etmədən sevişə bilməlidi.  Sevişməni ömrü boyu insanlara ayıb, əxlaqsız bir anlayış kimi təqdim edən adamın özü öz beyni haqda düşünübmü? Bəlkə əxlaqsız onun özüdü, beynidi? Sizlərin cinsi tələbatı olduğu kimi, qadınların da var. Bu, normal haldır. Bu müzkirə mövzusu deyil. 

Düşünüb, analiz etmək həyatdakı ən dəyərli şeydir. Daima fikirlərə, yeniliklərə açıq olmaq,  başa düşmədiyin şeyə qarşı aqressiv olmamaq... İlk müdafiə mexanizmi nifrətdir. Nifrət etmək ən asanıdı.  Anlamağa çalışmaq mürəkkəb işdi.  Çünki baş işlətməlisən anlamaq üçün.  Başını isə heç kim işlətmək istəmir.  "Həmişə belə olub daaaaa” deməyin.  Ona qalsa, indi mağaralarda yaşamağa davam edərdik. Həyatı özümüzə də, başqalarına da çətinləşdirməyək. 

Sözüm kişilərədi:
Əgər bakirəlik  önəmlidirsə, siz də bakir qalın. 
 

Yazdı: HEBE
qadinkimi.com