BURA / ORA, DƏB VƏ BAXIM
"Miss World 2019"un qalibi bəlli oldu Tarix : 16 Dekabr 2019, 11:30
Yazar : Qadinkimi.com
Bu il "Miss World 2019” İngiltərənin London şəhərində təşkil olunub. Müsabiqədə ən sona (12-ci yer) qalan Nigeriya, Keniya, Braziliya, Meksika, Hindistan, Nepal, Filippin, Vyetnam, Yamayka, Fransa, Rusiya və Kuk adaları arasından Yamaykanın namizədi 23 yaşlı Toni-Ann Sinx "Dünyanın ən gözəl qadını” adını alıb. Toni-Anna tacını keçən ilin qalibi Vanesaa Pons de Leon taxıb. 
 



Tacını taxan Toni-Ann Tvitter hesabından etdiyi açıqlamada "Yamayka və dünyanın hər tərəfindəki qızlar xahiş edirəm özünüzə inanın, xəyallarınızı gerçəkləşdirəcək qədər dəyərli və haqlı olduğunuzu bilin. Bu tac mənim deyil, sizindir” deyib. 

Qalib Toni-Ann Sinx isə pul mükafatını dünyanı gəzməyə xərcləyəcəyini və təşkilat çərçivəsində layihələrdə yer alacağını deyib.  
Müsabiqədə ikincilik Fransanın, üçüncülük isə Hindistanın olub.
 
 
 

qadinkimi.com