YAZI / DÜŞÜNCƏ
Ümid insanı tənəffüs cihazına bağlayan borudur Tarix : 01 İyul 2022, 08:27

"Ümidsizlik insanın özünə qarşı hazırladığı sui-qəsdlərin ən qorxulusudur. Ümidsizlik mənəvi intihardır" deyirdi Sart. Ümid insanı tənəffüs cihazına bağlayan borudur. Həmin borunun zədələnməsi, deşilməsi, kəsilməsi insanın ölümü deməkdir.

 

 

 

Ümidsizlik yaymaqla insanlarıradiasiyaya məruz qoymaq arasında elə bir fərq yoxdur. Nəticədə hər ikisi də zəhərlənmə səbəbidir.Tolstoy cəhənnəm kimi həyat yaşayırdı, Dostoyevski qeyri-müəyyənliklər içində boğulurdu, Yaşar Kamalın həyatıdoğuşdan faciəvi idi, Nazım Hikmətinömrü həbs və sürgünlərlə keçirdi.Amma qələmlərini əllərinəalanda, yazdıqları sətirlərdə yaşadıqlarıqaranlığı deyil, içərisindəgörmək istədikləri işığı yandırırdılar.Bir yazıçının, şairin ümidsizliyi ədəbiyyatla daban-dabana ziddir.Kamyu deyirdi ki, "Həqiqi ümidsizlik cançəkişmə, məzar, ya da uçurumdur. Ümidsizliklə ədəbi söz bir-birinəuyğun deyil. Çünki ədəbiyyat olan hər yerdə ümid var".

 

 

 

Ümidsiz insanların aydınlığa gedən qapılarını açmağa çalışmaq və bunu bacarmamaq fəlakətin bir növüdür. Mütəmadi ümidsiz, bədbin danışan və düşünənlərdən ruh öz-özünə qaçıb uzaqlaşmaq istəyir. Çünki ümidsizliyin ağıla gətirdiyi ilk fikir getməkdir. Ömür boyuəlindən tutacağımız, yanında olacağımız insanlardan ümidimizüzüləndə gedirik. Yaşadığımız ölkənin gələcəyinə ümidimiz qalmayanda köçürük. Dünyaya dairümidsizlik ruhumuza hakim kəsiləndə isə yaşamaq işgəncəyə çevrilir və insan ölümə can atır.

 


"Umutsuz olanın atı koşmaz"deyirdi Yaşar Kamal. Nazım Hikmətin isə bütün şeirlərində ümid var. Hətta qaranlıq sətirlərinin arasından da bir işıq mütləq sızır. Məsələn, "Sen yanmasan,ben yanmasam, biz yanmasak,nasıl çıkar karanlıklar aydınlığa".

İnsanın içində ümidlə ümidsizlik yanyanadır, hansını bəsləyirsə,o da önə çıxır.

 

 

Ümid deyəndə ağla gələn adlardan biri də Stefan Sveyqdir.Birinci və İkinci Dünya müharibəsinə,Avropada baş qaldıran radikal milliyyətçiliyə,dünyanın siyasi,iqtisadi və sosial dəyişikliyinə şahidlik edib böyük yazıçı.Bu nəhəng savaşların içində savaşa qarşıolduğunu diləgətirməkdən çəkinməyib.Nasistlərin zülmünə görə doğulduğu, yaşadığıtorpaqları tərk etmək məcburiyyətində qalıb.

Sveyqin həssasiyyəti ətrafında baş verənlərlə arasına məsafəqoyub, yaradıcılığına davam etməyinəimkan vermirdi. Bezmişdi, tükənmişdi, hər gün eşitdikləri ucbatından dünyanın gələcəyi ilə bağlı bütün ümidlərini itirərək intihar etməyi seçmişdi.

Amma bütün yaşadıqlarına rəğmən ümidsizliyini oxucusuna yansıtmayan Sveyq ruh dünyamızın qapısını aralayır və deyirdi: "Əgər bir insan sadəcə inandığı gücü dünyanın müttəfiq güclərinə qarşı qoyaraq özünü bir savaşın içinə atırsa və bu tamamilə ümidsiz, mənasız görünürsə, o zaman ruh gərginliyi yaradıcı bir şəkildə gün üzünə çıxır və heçlikdən möhtəşəm güc yaradır".

 

 


Həyatdakı hər şey kimi ümid də bilgi ilə qidalanır. Nə bilirsənsə, nə qədər bilirsənsə, o qədərinə ümid edə bilirsən. Bilgin qıtdırsa, təbii ki, olduğun yerdən tərpənməməyi seçirsən. Bu, bir növ önünü görə bilməyən insanın addım ata bilməməsinə bənzəyir. Bu düşüncə var olduqca nə ümid ola bilər, nə də qaranlığı yox etmək üçün bir hərəkət. Məsələn, Albert Kamyu üçün insan həyatı mənasız, ağıldan, məntiqdən uzaq bir yaşamdır. Yəni başlanğıcda bir ümidsizlikdir. Amma ümidsizlikdən yola çıxmaq sonadək ümidsiz olmağa əsas vermir. Ölümlə bitən həyat, həyat deyil, şübhəsiz. Amma həyat ölümlə bitir deyə, gözümüzü yumub, ürəyimizin qapılarını bu yaşanası dünyanın gözəlliklərinə qapadacağıqmı? Madam ki, yaşayırıq, yaşadığımız müddətdə xoşbəxt olmağa, sağımıza, solumuza xoşbəxtlik yaymağa çalışmalıyıq. Xoşbəxtlik hər yerdə dünyanı və insanları sevməkdir.

 

 

Yazıçının qaranlıq sətirlərdə yazdığı və insanın ruhuna toxunduğu ümidli bir kəlmə ən böyük ədəbiyyatdır. Unutmayaq, ümid insanı tənəffüs cihazına bağlayan borudur. Həmin borunun zədələnməsi, deşilməsi, kəsilməsi isə insanın sonudur.

 

 

Türkan Turan