BURA / ORA
Mərhum prezident Ə. Elçibəyin həyat yoldaşı Həlimə xanım dünyasını dəyişib Tarix : 14 İyun 2019, 16:29
Yazar : Qadinkimi.com
Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva Türkiyədə vəfat edib.

Qadinkimi.com Qaynarinfo.az-a  istinadən xəbər verir ki, bu barədə keçmiş baş nazir Pənah Hüseyn məlumat yayıb. 
 
"Çox ağır xəbər aldım. Ə. Elçibəyin həyat yoldaşı Həlimə xanım Türkiyədə vəfat edib. Allah rəhmət eləsin”.
 
Mərhumun kürəkəni Aqil Səmədbəyli "Report"a açıqlamasında deyib ki, Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyevanın səhhəti dünən qəfildən pisləşib.

O bildirib ki, H.Əliyeva dərhal İstanbulun Silivri rayonunda yerləşən xəstəxanaya aparılıb: "Bu gün isə reanimasiya şöbəsində dünyasını dəyişdi".

A.Səmədbəyli mərhumun cənazəsinin Bakıya gətiriləcəyi vaxtı hələ müəyənləşdirmədiklərini deyib.


 


Mənbə: Qaynarinfo.az