BURA / ORA
Meral Akşener: Böyüyüm Elçibəyin eşi dəyərli Həlimə xanımı itirməyin üzüntüsü..." Tarix : 16 İyun 2019, 17:53
Yazar : Qadinkimi.com
Türkiyə elm xadimi və siyasətçisi, İYİ Partiyanın rəhbəri, 2018-ci il Türkiyə Respublikası Prezident seçkilərində namizəd olmuş Meral Akşener Həlimə Əliyevanın ölümündən sarsıldığını deyib. O, çıxışında Elçibəyin xanımının vəfatından izaholunmaz üzüntü yaşadığını bildirib. Qadinkimi.com xəbər verir ki, Meral Akşener özünün instagram səhifəsində də bu sözləri paylaşıb:" Türk dünyasının birləşməsi və qardaşlığı üçün ömrü boyu mücadilə edən rəhmətlik böyüyüm Əbülfəz Elçibəyin xanımı dəyərli Həlimə Əliyevanı itirməyin izaholunmaz üzüntüsünü yaşayıram. Rəbbim məkanını cənnət etsin".
 
 

 
 


qadinkimi.com